Həqiqət Cavadova

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 01:01, 9 oktyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Həqiqət Cavadova
Cavadova (Vahabova) Həqiqət Əliəşrəf qızı
Həqiqət Cavadova
Həqiqət Cavadova
Doğum tarixi 9 oktyabr 1939 (1939-10-09) (85 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kimya
İş yeri AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, laboratoriya müdiri və baş elmi işçi
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, kimya fakültəsi (1956 – 1962)

Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu, aspirantura (1963 – 1965)
Mükafatları "Əmək veteranı" medalı"Tərəqqi" medalı

Həqiqət Cavadova — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri və baş elmi işçisi. 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının (ASE) əsas müəlliflərindən biridir.

Haqqında məlumatlar

9 oktyabr 1939-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1956-cı ildə Bakı şəhər 190 №-li orta məktəbi bitirib.

1956 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1963 – 1965-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.

1965-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifəsində işləyib.

1988-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutun motor yağlarına aşqarlar kompozisiyası laboratoriyasının müdiri olub.

Elmi fəaliyyəti

1978-ci ildə namizədlik,

1992-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.

2015-ci ildə isə professor elmi adını alıb.

183 elmi əsərin, o cümlədən 35 SSRİ müəlliflik şəhadətnaməsi və 29 Azərbaycan patentinin müəllifidir.

Azərbaycan Sovet Ensiklopediyasında kimya və neft-kimya sahəsinə dair yüzlərlə söz önlüklərinin müəllifidir.

Mükafat və təltifləri

Ədəbiyyat

  • Məmmədov Ə., Xalıqov F. Cavadova Həqiqət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 79 – 80. — 1.000 nüsx.
  • "Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları/Cavadova Həqiqət Əliəşrəf qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 16 Jan 2017 – 25 Feb 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə