Ferhat Sametoğlu

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:41, 14 oktyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ferhat Sametoğlu
az.: Səmədov Fərhad Söhrab oğlu
Ferhat Sametoğlu
Doğum tarixi 14 yanvar 1972 (1972-01-14) (52 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Turkey.svg Türkiyə
İş yeri Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsinə (türk.: Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumuna (TÜBİTAK-a)) aid Milli Metrologiya İnstitutunun (Kocaeli, Türkiyə) Optik fizika laboratoriyasının müdiri
Elmi dərəcəsi fizika elmləri namizədi (1998)
Elmi adı dosent
Təhsili Bakı Dövlət Universiteti (fizika fakültəsi)

Ferhat Sametoğlu (az.: Səmədov Fərhad Söhrab oğlu‎) — azərbaycanlı Türkiyə alimi, Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsinə (türk.: Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumuna (TÜBİTAK-a)) aid Milli Metroloji İnstitutunun (Kocaeli, Türkiyə) Optik fizika laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent. .

Həyat və fəaliyyəti

1972-ci ildə Bakı şəhərində – şəkili ziyalıların ailəsində anadan olub. Orta təhsilini 1979-1989-ci illərdə Bakı şəhərindəki 3 saylı məktəbdə, ali təhsilini isə 1989-1993-cü illərdə Bakı Dövlət Universitetində (fizika fakültəsi) alıb. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası Fotoelektronika İnstitutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə sahib olub. 1999-cu ildə Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsi tərəfindən Türkiyəyə dəvət edilib və Milli Metrologiya İnstitutuna aid optik laboratoriyada işə başlayıb. 2011-ci ildən dosentdir.

Türkiyədə və Avropada qəbul edilən elmi layihələri var. 2018-ci ildə lazer enerjisinin ölçülməsi üzərinə nail olduğu elmi ixtirası Amerika/Yaponiya/Avropa tərəfindən qəbul edilmişdir. Elmi fəaliyyətləri dünyanın müxtəlif elmi jurnallarında nəşr olub. Bir sıra beynəlxalq elmi təşkilatlarla (The Optical Society of America (OSA), The International Society for Optical Engineering (SPIE), Consultative Committee for Photometry and Radiometry (BIPM-CCPR), Technical Committee of EUROMET Photometry and Radiometry (PHORA), Optics Committee of Turkey (ICO) və Euro-Asian Cooperation of National Metrology Institutions (COOMET)) əməkdaşlıq edir.

ISO 17025 standartına görə laboratoriya akkreditasiyası üzrə Türk Akkreditasiya İdarəsi (türk.: Türk Akreditasyon Kurumu (TÜRKAK) ) nəzarətçisidir. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.

Ailəsi

  • Atası: Söhrab Rəsul oğlu Səmədov. Bakı Dövlət Universitetinin Fizika Fakultəsinin müəllimi idi (fizika-riyaziyyat elmləri namizədi, dosent).
  • Anası: Urfan Məmmədsani qızı Məmmədova.
  • Həyat yoldaşı: Nigar Sametoğlu, Türkiyədə ixrac meneceri (türk.: Aromsa Besin Aroma ve Katkı Maddeleri Sanayi Ticaret A.Ş) vəzifəsində işləyir.
  • Oğlu: Alper Mehdi Sametoğlu, tələbə.
  • Oğlu: Turan Sametoğlu, tələbə.

İstifadə edilmiş əsas mənbələr

Şablon:Yaxşı məqalə