Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ferhat Sametoğlu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ferhat Sametoğlu
az.: Səmədov Fərhad Söhrab oğlu
Ferhat Sametoğlu
Ferhat Sametoğlu.
Doğum tarixi 14 yanvar 1972 (1972-01-14) (49 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Turkey.svg Türkiyə
İş yeri Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsinə (türk.: Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumuna (TÜBİTAK-a)) aid Milli Metrologiya İnstitutunun (Kocaeli, Türkiyə) Optik fizika laboratoriyasının müdiri
Elmi dərəcəsi fizika elmləri namizədi (1998)
Elmi adı dosent
Təhsili Bakı Dövlət Universiteti, fizika fakültəsi (1989–1993)

Ferhat Sametoğlu (az.: Səmədov Fərhad Söhrab oğlu‎) — azərbaycanlı Türkiyə alimi, Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsinə (türk.: Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumuna (TÜBİTAK-a)) aid Milli Metroloji İnstitutunun (Kocaeli, Türkiyə) Optik fizika laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

14 yanvar 1972-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1979 – 1989-ci illərdə Bakı şəhər 3 saylı məktəbində,

1989 – 1993-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1999-cu ildə Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsi tərəfindən Türkiyəyə dəvət olunub və Milli Metrologiya İnstitutuna aid optik laboratoriyada işə başlayıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Fotoelektronika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.

2011-ci ildən dosentdir.

Türkiyədə və Avropada qəbul edilən elmi layihələri var. 2018-ci ildə lazer enerjisinin ölçülməsi üzərinə nail olduğu elmi ixtirası Amerika/Yaponiya/Avropa tərəfindən qəbul edilmişdir. Elmi fəaliyyətləri dünyanın müxtəlif elmi jurnallarında nəşr olub. Bir sıra beynəlxalq elmi təşkilatlarla (The Optical Society of America (OSA), The International Society for Optical Engineering (SPIE), Consultative Committee for Photometry and Radiometry (BIPM-CCPR), Technical Committee of EUROMET Photometry and Radiometry (PHORA), Optics Committee of Turkey (ICO) və Euro-Asian Cooperation of National Metrology Institutions (COOMET)) əməkdaşlıq edir.

ISO 17025 standartına görə laboratoriya akkreditasiyası üzrə Türk Akkreditasiya İdarəsi (türk.: Türk Akreditasyon Kurumu (TÜRKAK) ) nəzarətçisidir. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.

Ailəsi[redaktə | HTML redaktə]

  • Atası: Söhrab Rəsul oğlu Səmədov. Bakı Dövlət Universitetinin Fizika Fakultəsinin müəllimi olub (fizika-riyaziyyat elmləri namizədi, dosent).
  • Anası: Urfan Məmmədsani qızı Məmmədova.
  • Həyat yoldaşı: Nigar Sametoğlu, Türkiyədə ixrac meneceri (türk.: Aromsa Besin Aroma ve Katkı Maddeleri Sanayi Ticaret A.Ş) vəzifəsində işləyir.
  • Oğlu: Alper Mehdi Sametoğlu, tələbə.
  • Oğlu: Turan Sametoğlu, tələbə.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Mete Ə. Bir ailədə iki alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  606. — Səh.: 286. — 500 nüsx.
  2. "TÜBİTAK UME Fizik Alanında ilk Uluslararası Patentlerini Aldı". http://akademisyenler.org (Türkçe). akademisyenler.org. 23 Şubat 2018. 7 Dec 2019 - 7 Feb 2020 tarixində arxivləşdirilib.
  3. "Ferhat SAMETOĞLU (Head of Laboratory)". https://www.ume.tubitak.gov.tr (Türkçe). TÜBİTAK Ulusal Metroloji Enstitüsü. 13 Jan 2021 tarixində arxivləşdirilib.