Nazim Mustafayev
Nazim Mustafayev | |
---|---|
Mustafayev Nazim Pirməmməd oğlu | |
Fayl:Nazim Mustafayev.jpg | |
Nazim Mustafayev | |
Doğum tarixi | 9 aprel 1941 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
İş yeri | AMEA Aşqarlar Kimyası İnstitutu, Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının müdiri |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
Nazim Mustafayev – kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının müdiri.
Haqqında məlumatlar
9 aprel 1941-сi il tarixdə Nuxada anadan olub.
Təhsili
1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li məktəbində,
1958 – 1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,
1963 – 1966-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildən isə laboratoriyanın müdiri olmuşdur.
Elmi fəaliyyəti
1968-ci ildə “Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusu üzrə namizədlik,
1991-ci ildə isə “Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyirilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
1992-ci ildə professor elmi adını alıb.
208 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərindən 90-nı çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.
Təltif və mükafatlar
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970).
- “Əmək veteranı” medalı (1987).
- Türkiyə Firat Unuversitetinin “Xatirə” medalı (1991).
- AMEA Rəyasət Heyətinin Fəxri fərmanları (2001, 2006, 2011).
Mənbələr
- "Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları/Mustafayev Nazim Pirməmməd oğlu". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 16 Jan 2017 – 20 Sep 2020 tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 434 – 435. — 1.000 nüsx.