İsmayıl Osmanlı

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Filmoqrafiya) tərəfindən edilmiş 23:51, 3 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İsmayıl Osmanlı
Osmanlı İsmayıl Osman oğlu
İsmayıl Osmanlı
İsmayıl Osmanlı, 1970-ci il
Doğum tarixi 11 aprel 1902(1902-04-11)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 22 iyun 1978 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Peşəsi aktyor
Mükafatları "SSRİ Xalq Artisti" fəxri adı "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1949 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940
"Qırmızı Əmək Bayrağı" ordeni "Şərəf Nişanı" ordeni
IMDb ID 2363740

İsmayıl Osmanlı (Osmanlı İsmayıl Osman oğlu; d. 11 aprel, 1902-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö. 22 iyun 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı sovet teatr və kino aktyoru. SSRİ xalq artisti (1974).

Haqqında məlumatlar

1902-ci ildə Nuxada, kasıb bir ailədə anadan olub.

1921-ci ildən Nuxa və Gəncə dram dərnəklərinin tamaşalarında rollar oynayıb. Teatra gəlməyini sonralar özü belə xatırlayırdı:

" Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[1]. "

1928 – 1929-cu illərdə Tiflis Azərbaycan Teatrının,

1929-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Dram Teatrının (Bakı) aktyoru olub.

22 iyun 1978-ci il tarixdə (digər məlumata görə — 23 iyunda[2]) Bakıda vəfat edib. Bakıda II Fəxri Xiyabanda dəfn edilib.

Təltifləri və fəxri adları

Teatr rolları

Tiflis Azərbaycan Teatrında

  • Surxay — «Aydın» C.Cabbarlı.
  • Əbu-Ubeyd — «Od gəlini» C.Cabbarlı.

Azərbaycan Dövlət Dram Teatrında

  • Vidadi, Şaliko — «Vaqif», S.Vurğun.
  • Vəzir — «Fərhad və şirin», S.Vurğun.
  • Keçəl Aslan — «Xanlar», S.Vurğun.
  • Fon Hols — «İnsan», S.Vurğun.
  • Əmrah — «Sehrli qələm», Ə.Haqverdiyev.
  • Şeyx Hadı — «Şeyx Sənan», H.Cavid.
  • Vali — «Siyavuş», H.Cavid.
  • Şakro — «Knyaz» H.Cavid.
  • Kərim Rəhmli — «Alov», M.Hüseyn.
  • Munis — «Nizami», M.Hüseyn.
  • Əliş — «Qatır Məmməd», Z.Xəlil.
  • Nikita Pavloviç — «Qızıl bulaq» Q.Musayev.
  • Meşədi Cəfər — «Dağılan tifaq», Ə.Haqverdiyev.
  • Mirzə Qərənfil — «Xoşbəxtlər», S.Rəhman.
  • Zakir — «Xoş gəlmisiniz», S.Rəhman.
  • Əhməd bəy — «Küləklər», S.Rəhman.
  • Xəlil — «Əliqulu evlənir», S.Rəhman.
  • Qasım — «Gəlin», S.Rəhman.
  • Heydərqulu — «Həyat», M.İbrahimov.
  • Şəkərlinski — «Kənd qızı», M.İbrahimov.
  • Kovxa Məmməd — «Qaçaq Nəbi», S.Rüstəm.
  • Meşədi — «Ölülər», C.Məmmədquluzadə
  • Hacı Naib — «Dəli yığıncağı», C.Məmmədquluzadə
  • Mirzə Cavad — «Aydın», C.Cabbarlı.
  • Xaspolad — «Oqtay Eloğlu», C.Cabbarlı.
  • Bəşir — «Bulaq suyu», İ.Əfəndiyev.
  • Cəbi — «Hacı Qənbər», N.Vəzirov.
  • Səfər bəy — «Hacı Qara», M.F.Axundov.
  • Əşrəf — «Türkiyə haqqında hekayə», N.Hikmət.
  • İsodor Çakeli — «Narahat olma, ana», N.Dumbadze.
  • Aleksandrov — «Canlı meyit», L.N.Tolstoy
  • General Berqoyn — «Şəxsi iş», A.P.Şteyn
  • Yaqo — «Otello», U.Şekspr
  • Feste — «Onikicinci gecə», U.Şekspr
  • Gildenstern — «Hamlet», U.Şekspr
  • Bahadurbəy — «1905-ci ildə», C.Cabbarlı.
  • Şərif — «Almaz», C.Cabbarlı.
  • Surxay — «Toy», S.Rəhman.
  • Perçixin' — «Meşşan», M.Qorki.
  • Krutiski — «Müdrik insan üçün hər şey sadədir», A.Ostrovski.
  • Karandışev — «Cehiz», A.Ostrovski
  • Tixon — «Fırtına», A.Ostrovski
  • Şut — «Kral Lir», U.Şekspr[4].

Filmoqrafiya

İstinadlar və qeydlər

  1. Təranə Məhərrəmova (20 aprel 2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
  2. İsmayıl Osmanlı — Mənbə:БСЭ
  3. İ.O.Osmanlıya SSRİ xalq artisti fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 avqust 1974-cü il tarixli Fərmanı — anl.az
  4. Театральная энциклопедия.

Aidiyyəti linklər