Cəbrayıl Hüseynov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:48, 12 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cəbrayıl Hüseynov
Hüseynov Cəbrayıl Muxtar oğlu
Cəbrayıl Hüseynov
Cəbrayıl Hüseynov
Doğum tarixi 16 yanvar 1913(1913-01-16)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 14 dekabr 1974 (61 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi aqrar elmlər doktoru
Elmi adı professor
Təhsili

1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitu­tu­, aqronomluq fakültəsi ( – 1934)

Ümum­ittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutu, aspi­rantura (1936 – 1939)
Üzvlüyü Azərbaycan SSR EA, həqiqi üzv
Mükafatları "Stalin" mükafatı
"Şərəf Nişanı" ordeni "Şərəf Nişanı" ordeni

Cəbrayıl Hüseynov– aqrar elmlər doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, “Stalin” mükafatı laueratı.


Haqqında məlumatlar

16 yanvar 1913-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitu­tu­nun aqronomluq fakültəsini bitirib.

1936 – 1939-cu illərdə Ümum­ittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspi­ranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1934 – 1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnsti­tutunda assis­tent və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda baş elmi işçi işləyib.

1940 – 1944-cü illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektorunda baş elmi işçi,

1944 – 1945-cü illərdə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq və Aqrokimya bölməsində direktor vəzifəsində işləyib.

1945 – 1952-ci və 1963 – 1974-cü illərdə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru olub.

1952 – 1969-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində işləyib.

Elmi fəaliyyəti

1939-cu ildə aqrar elmlər namizədi,

1947-ci ildə aqrar elmlər doktoru elmi dərə­cəsini,

1948-ci ildə isə rofessor elmi adını alıb.

1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü,

1961-ci ildə isə hə­qiqi üzvü seçilib.

Mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsalı sahəsində alimin mühüm tədqiqatları olmuşdur.

200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəha­dətnaməsinin müəllifidir. 50-dən artıq elmlər namizədinin, 4 elm­lər doktorunun elmirəhbəri olub.

Mükafatları

Vəfatı

1974-cü ildə Bakıda vəfat edib.

İstifadə edilmiş mənbələr

  • Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəbrayıl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 242 – 244. — 1.000 nüsx.
  • Hüseynov Cəbrayıl Muxtar oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 290. — 80.000 nüsx.
  • "Vəfat etmiş həqiqi üzvlər/Hüseynov Cəbrayıl Muxtar oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 23 Sep 2020 tarixində arxivləşdirilib.