Soltan Əzizov
Soltan Əzizov | |||||||
---|---|---|---|---|---|---|---|
Əzizov Soltan Hümmət oğlu | |||||||
Soltan Əzizov | |||||||
|
|||||||
Doğum tarixi | 18 dekabr 1920 | ||||||
Doğum yeri | Qışlaq kəndi, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR | ||||||
Vəfat tarixi | 2009 | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan | ||||||
Təltifləri |
Soltan Əzizov (1920 – 2009) — Azərbaycan sovet partiya və dövlət xadimi. Nuxa şəhər, Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri vəzifələrində çalışıb.
Haqqında məlumatlar
18 dekabr 2010-ci il tarixdə Nuxa şəhərinin Qışlaq kəndində anadan olub.
Təhsili
Nuxa Kənd Təsərrüfatı texnikumunu bitirib.
1942-ci ildə sovet ordusunda siyasi rəhbər kursunda oxuyub.
1953 – 1956-cı illərdə Moskvada – Şablon:Sov.İK MK yanında Ali Partiya Məktəbində təhsil alıb.
Hərbi xidmətdə
1939 – 1946-cı illərdə sovet ordusunda hərbi xidmət edib. 1942-ci ildən 848 №-li alayın siyasi rəhbəri olub. Brest, Kursk, Oryol, Berlin və s. şəhərlər uğrunda döyüşlərdə iştirak edib, bölük komandirinin müavini olub, 2 orden və 6 medalla təltif olunub.
Əmək fəaliyyəti
1939-cu ilədək Nuxa rayonunun Böyük Dəhnə kəndindəki kolxozda MTS-də sahə aqronomu işləyib.
1946 – 1952-cü illərdə Azərbaycan KP Nuxa şəhər partiya komitəsində əvvəl hərbi şöbənin, sonra isə kənd təsərrüfatı şöbəsinin müdiri,
1952 – 1953-cü illərdə isə birinci katib vəzifəsində işləyib.
1956 – 1958-ci illərdə Azərbaycan KP MKda birinci katibin köməkçisi,
1958 – 1959-cu illərdə isə şöbə müdiri olub.
1959 – 1962-ci illərdə Azərbaycan KP Ağdam rayon partiya komitəsinin,
1959 – 1966-ci illərdə isə Azərbaycan KP Sabirabad rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
1966 – 1982-ci illərdə əvvəl Azərbaycan SSR Meyvə, Tərəvəz, Çay, Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra isə Azərbaycan SSR sovxozlar naziri və Azərbaycan SSR tədarük naziri olub.
İctimai-siyasi fəaliyyəti
Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK-nın üzvü seçilib.
Təqaüdə çıxdıqdan sonra Azərbaycan Ağsaqqallar Şurasının üzvü və “Qayğı” cəmiyyəti sədrinin birinci müavini olub.
Mükafatları
- Üç dəfə “Lenin” ordeni.
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ).
- “Şərəf Nişanı” ordeni.
- Medallar.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı.
Ədəbiyyat
Vaqif Əhmədov (04 oktyabr 2019-cu il). "Görkəmli ictimaiyyətçi və qayğıkeş insan Soltan Əzizov" (PDF). http://veteran.gov.az/ (azərb.).
- Mete Ə. Soltan Əzizov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 402 – 403. — 500 nüsx.
- "Şəkidə tanınmış dövlət xadimi Soltan Əzizovun 95 illiyi qeyd olunub". https://azertag.az/ (azərb.). AZƏRTAC. 11.06.2015.
- Mabudoğlu Z., Bəşirqızı U., Adışirinov K Şəkidə məhəllə adları, soyadlar və ləqəblər. — Bakı: Nafta-Press, 2009. — II kitab cild. — Səhifələrin sayı: 605. — Səh.: 387 – 393. — 500 nüsx.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1920-ci ildə doğulanlar
- 18 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr