Eldar Əliyev
Eldar Əliyev | |
---|---|
Əliyev Eldar Həsən oğlu | |
İlk adı | Elbert |
Doğum tarixi | 14 yanvar 1936 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 fevral 1984 (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Tamara Əliyeva |
Uşaqları | Leyla, Eldarə |
Atası | Həsən Əliyev |
Təhsili |
M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu ( – 1959) M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi ( – 1966) |
IMDb | ID 3107848 |
Eldar Əliyev (1936 – 1984) — teatr rejissoru, həmçinin kino aktyoru kimi bir sıra bədii filmlərdə çəkilib. Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti Dinarə Əliyevanın əmisidir.
Haqqında məlumatlar
1936-cı ildə Nuxada anadan olub.
Təhsili
1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,
1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.
Əmək və yaradıcılıq fəaliyyəti
1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.
1966-cı ildə Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında quruluşları olub. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Skazka o çetıryox bliznetsax” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.
Vəfatı
27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.
=Ailəsi
Atası: Həsən Əliyev “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb.
Həyat yoldaşı: Tamara Əliyeva, pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.
Uşaqları: Leyla və Eldarə.
İstifadə edilmiş əsas mənbələr
- Samirə (5 mart 2009). "Məşhur filmin haqqında az danışılan aktyoru". http://www.anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 19 Dec 2020 tarixində arxivləşdirilib.
Filmoqrafiya
- 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
- Dəli Kür (film, 1969) (Rus Əhməd).
- Gümüşü furqon (film, 1982).
- Qız qalası əfsanəsi (film, 1978).
- Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
- Papaq (film, 2007).
- Sən niyə susursan? (film, 1966) (müfəttiş).
- Toral və Zəri (film, 1979).
- Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
- “Mezozoy əhvalatı” (Arif).
- “Eto sladkoye slovo - svoboda” (leytenant Kurilyov).
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış pedaqoqlar
- 1936-cı ildə doğulanlar
- 14 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 27 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)