Eldar Əliyev
Eldar Əliyev | |
---|---|
Əliyev Eldar Həsən oğlu | |
İlk adı | Elbert |
Doğum tarixi | 14 yanvar 1936 |
Doğum yeri | Bakı, Azərbaycan SSR ZSFSR, SSRİ |
Vəfat tarixi | 27 fevral 1984 (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Tamara Əliyeva |
Uşaqları | Leyla, Eldarə |
Atası | Həsən Əliyev |
Anası | Zabiyə |
Təhsili |
M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutu ( – 1959) M.Əliyev adına Teatr İnstitutu, teatr rejissorluğu fakültəsi ( – 1966) |
IMDb | ID 3107848 |
Eldar Əliyev (1936 – 1984) — teatr rejissoru, 1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrınında fəaliyyət göstərmişdir. Həmçinin, bir sıra filmlərdə rol getmiş, daha çox “Dəli Kür” filmindəki (1969) Rus Əhməd obrazı ilə yadda qalmışdır.
Haqqında məlumatlar
14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
1959-cu ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu,
1966-cı ildə M.Əliyev adına Teatr İnstitutunun teatr rejissorluğu fakültəsini bitirib.
Əmək və yaradıcılıq fəaliyyəti
1959-cu ildən Bakı şəhər 20 nömrəli orta məktəbində müəllim işləyib.
1965 – 1982-ci illərdə çəkilmiş 10-dan çox filmdə rol oynayıb.
1966-cı ildən Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olub. Ş.Qurbanov adına Musiqili Komediya Teatrında, Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalara quruluş verib. Bolqar dramaturgiyası festivalında Panço Pançevin “Dörd əkizin nağılı” pyesinin Komissarjevskaya adına Leninqrad Dram Teatrının səhnəsində tamaşaya qoyulmasında iştirak edib.
Vəfatı
27 fevral 1984-cü il tarixdə – 48 yaşında, Bakıda vəfat edib.
Ailəsi
Atası: Həsən Əliyev – 1910-ci ildə Nuxada anadan olmuşdur. “Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyasında çalışıb. 1970-ci ildə Bakıda vəfat edib.
Anası: Zabiyə.
Həyat yoldaşı: Tamara Əliyeva – pedaqoq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim işləyib.
Uşaqları: Leyla və Eldarə.
Qardaşı qızı: Dinarə Əliyeva – Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.
Filmoqrafiya
- Yenilməz batalyon (film, 1965) (həbsxanadan qaçan).
- Sən niyə susursan? (film, 1966) (müfəttiş).
- Mən ki gözəl deyildim (film, 1968) (Çingiz).
- Dəli Kür (film, 1969) (Rus Əhməd).
- “Eto sladkoye slovo - svoboda!” (film, 1972) (leytenant Kurilyov).
- 1001-ci qastrol (tammetrajlı bədii film, 1974) (kinorejissor).
- “Mezozoy əhvalatı” (film, 1976) (Arif).
- Qız qalası əfsanəsi (film, 1978).
- Toral və Zəri (film, 1979).
- Gümüşü furqon (film, 1982).
İstifadə edilmiş əsas mənbələr
- Samirə (5 mart 2009). "Məşhur filmin haqqında az danışılan aktyoru". http://www.anl.az/ (azərb.). “Həftə içi” qəzeti. 19 Dec 2020 tarixində arxivləşdirilib.
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış pedaqoqlar
- 1936-cı ildə doğulanlar
- 14 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 27 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1984-cü ildə vəfat edənlər
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)