Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əbülfət Məmmədrəhimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:27, 9 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbülfət Məmmədrəhimov
Məmmədrəhimov Əbülfət Yaqub oğlu
Əbülfət Məmmədrəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1952(1952-01-10)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 yanvar 2016 (64 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi tarzən

Musiqi alətləri tar, saz, ud, gitara, qarmon, nağara, qoşa nağara

Əbülfət Məmmədrəhimov (Əbülfət Şəkili; 1952 – 2016) — tanınmış tarzən, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti. Tarla yanaşı, sazın və udun da əvəzsiz ifaçısı hesab edilirdi.

Haqqında məlumatlar

10 yanvar 1952-ci il tarixdə Nuxada anadan olub. Ələfsər Rəhimovun (Ələfsər Şəkilinin) qardaşı oğlu idi. Uşaq yaşlarından nağara çalmağı öyrənib, hətta toylara da gedib. Sonra qarmon, daha sonra tar çalmağa başlayıb.

Təhsilii

Nuxa şəhər Uşaq Musiqi Məktəbində,

Şəki Şəhər Orta İxtisas Musiqi Məktəbində musiqi təhsili alıb.

1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində daxil olub.

Əmək fəaliyyəti fəaliyyəti

Muğam Mərkəzində, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında çalışmaqla yanaşı, Asəf Zeynallı adına Musiqi Kollecində və Bakı 6 saylı İncəsənət Məktəbində tar ixtisası üzrə müəllimlik edib.

Vəfatı

Ömrünün sonuna yaxın ağciyər xərçəngindən əziyyət çəkib.

27 yanvar 2016-cı il tarixdə Bakıda vəfat edib, 28 yanvar 2016-cı il tarixdə Şəkidə dəfn olunub.

İstifadə edilmiş əsas mənbələr

Şablon:Yaxşı məqalə