Elmira Hacıyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:27, 18 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elmira Hacıyeva
Hacıyeva Elmira Ələkbər qızı
Elmira Hacıyeva
Elmira Hacıyeva, 2019-cu il.
Anadan olub 18 yanvar 1952 (1952-01-18) (72 yaş)
Anadan olduğu yer Urnük, Ağdaş rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, pediatriya fakültəsi (1968 – 1974)
Mükafatları "Tərəqqi" medalı

Elmira Hacıyeva – həkim-pediatr, Şəki Tibb Kollecinin direktoru və Şəki şəhər bələdiyyəsinin üzvü.

Haqqında məlumatlar

18 yanvar 1952-ci il tarixdə Ağdaş rayonunun Urnük kəndində, ziyalı ailəsində anadan olub.

Təhsili

1958 – 1968-ci illərdə Nuxa şəhər 5 №-li orta məktəbində və Nuxa şəhər 1 №-li orta məktəbində,

1968 – 1974-cü illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində təhsil alıb.

1974 – 1975-ci illərdə Bakı şəhər 6 saylı Uşaq xəstəxanasında internatura keçib.

Əmək fəaliyyəti

1975-ci ildə Şəki 3 saylı Uşaq poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb.

1976 – 1985-ci illərdə Şəki 3 saylı Uşaq poliklinikasının,

1985 – 1988-ci illərdə isə Şəki Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi olub.

1988-ci ildə Şəki Tibb Məktəbinə direktor təyin olunub.

İctimai-siyasi aktivliyi

1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və Şəki Tibb Kolleci YAP ərazi ilk təşkilatının sədridir.

2019-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsinə namizədliyi irəli sürülüb.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

Mükafatları

Həmçinin, bax:

Şablon:Yaxşı məqalə