Qurban Məsimov
Qurban Məsimov | |
---|---|
Məsimov Qurban Abdulla oğlu | |
Qurban Məsimov, 2019. | |
Digər adı | Kloun Appa |
Doğum tarixi | 26 yanvar 1971 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | rejissor |
IMDb | ID 3108239 |
Qurban Məsimov – Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti.
Haqqında məlumatlar
26 yanvar 1971-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1988 – 1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində,
1995 – 2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb.
1998-ci ildə Tiflisdə Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirib.
2000-ci ildə Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak edib.
Əmək və yaradıcı fəaliyyəti
1994 – 2010-cu illərdə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli Yığıncağı” Pantomim Teatr-Studiyasında (2000-ci ildən Dövlət Pantomim Teatrı) fəaliyyət göstərib.
2000 – 2002-ci illərdə ABA televiziyasında yayımlanan “Nəm-Nəm” verilişinin rejissoru və aparıcısı olub.
2003-cü ildən “Lider” televiziyasında yayımlanan əvvəl “Mətbəxdə Şou Nəm-Nəm” verilişinin, sonra isə Nəm-Nəm tipləməsiylə “Gülməşəkər” verilişinin aparıcısı olub. Klounada janrında yaradıcılıq təcrübələri sayəsində “Kloun Appa” təxəllüsünü qazanıb.
2014-cü ildən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.
Təltif və mükafatları
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (2014 – 2019);
- Fəxri Mədəniyyət İşçisi döş nişanı (2016);
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2019).
- “Humay” mükafatı (2019).
Ədəbiyyat
- "Hələ də oyuncaq dükanlarının yanından biganə keçə bilmirəm..." (azərb.) // Ekspress : qəzet. — 2014. — В. 8-10 fevral. — Səh. 20. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 iyul 2014.