Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Qurban Məsimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Qurban Məsimov
Məsimov Qurban Abdulla oğlu
Qurban Məsimov
Qurban Məsimov, 2019.
Digər adı Kloun Appa
Doğum tarixi 26 yanvar 1971 (1971-01-26) (50 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Peşəsi rejissor
Təhsili

Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, rejissorluq fakültəsi (1988 – 1993)

Bakı Musiqi Akademiyası, vokal şöbəsi (1995 – 2001)
IMDb ID 3108239
facebook səhifəsi

Qurban Məsimov – Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

26 yanvar 1971-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1988 – 1993-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində,

1995 – 2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb.

1998-ci ildə Tbilisidə Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirib.

2000-ci ildə Sofiyada “Yay akademiyası” proqramı çərçivəsində “Fildenkrayz metodu” seminarında iştirak edib.

Əmək və yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]

1994 – 2010-cu illərdə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli Yığıncağı” Pantomim Teatr-Studiyasında (2000-ci ildən Dövlət Pantomim Teatrı) fəaliyyət göstərib.

2000 – 2002-ci illərdə ABA televiziyasında yayımlanan “Nəm-Nəm” verilişinin rejissoru və aparıcısı olub.

2003-cü ildən “Lider” televiziyasında yayımlanan əvvəl “Mətbəxdə Şou Nəm-Nəm” verilişinin, sonra isə “Gülməşəkər” verilişinin aparıcısı olub.

2014-cü ildən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]