Əsgər Kərimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:05, 10 fevral 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əsgər Kərimov
Kərimov Əsgər Şakir oğlu
Əsgər Kərimov
Əsgər Kərimov.
Doğum tarixi 10 fevral 1941 (1941-02-10) (83 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı) (1960 – 1965)

Tbilisi Rəssamlıq Akademiyası (1969 – 1975)

Əsgər Kərimov – tanınmış heykəltəraş, professor. Yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta, Türkiyənin İsparta şəhərində və digər yerlərdə qoyulub.

Haqqında məlumatlar

10 fevral 1941-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1960-cı ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1960 – 1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1969 – 1975-ci illərdə isə Tbilisi Rəssamlıq Akademiyasına təhsil alıb.

Əmək və yaradıcılıq fəaliyyəti

1975 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda rəsm, kompozisiya, heykəltəraşlıq fənlərindən dərs deyib.

2007-ci ildə bağlanmış Müstəqil Azərbaycan Universitetinin professoru və Dizayn kafedrasının müdiri idi.

2000 – 2015-ci illərdə əmək və yaradıcılıq fəaliyyətini Türkiyənin İsparta şəhərində davam etdirib, sonra isə Bakıya qayıdıb.

Məşhur işləri

1969 – 1975-ci illərdə – Tbilisi Rəssamlıq Akademiyasına təhsil alarkən, respublika, ümumittifaq və xarici sərgilərdə öz əsərlərini nümayiş etdirib. “Odlar yurdu” əsəri Drezden muzeyinin daimi eksponatına çevrilib. Akademiyanı bitirərkən diplom işi Nizami Gəncəvinin “İsgəndərnamə” əsəri əsasında yaratdığı üç hissədən ibarət “Odlar diyarı” adlı barelyefi olub. Hansı ki bu iş Sov.İKP MK-nın Gürcüstanın Risunda şəhərindəki istirahət evində – Sov.İKP MK-nın baş katibinin qəbul otağının divarına vurulub.

1979-cu ildə Azərbaycan SSR xalq rəssamı Cəlal Qaryağdı ilə birlikdə Bərdədə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş kompleksi (memar: Ömər Ömərov) işləyib.

1980-cı ildə 30 sm diametri olan “Uşaqları qoruyun” medalyonu BMT-yə göndərilib.

1982-ci ildə Şəkidə açılışı olmuş M.F.Axundovun tunc abidə kompleksinin (memarlar: E.Qasımzadə, İ.Ələsgərov).

1983-cü ildə açılışı olmuş İsmayıl bəy Qutqaşınlının qəbirüstü abidəsinin (memar: İ.Yüzbaşov),

1985-ci ildə Bakıda İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış tuncdan hazırlanmış simvolik əsərin (memar: A.Əhmədzadə) və “Şən uşaqlıq” adlı əsərin,

1990-cı ildə açılışı olmuş Molla Cümənin qranitdən hazırlanmış qəbirüstü abidəsinin müəllifidir.

Digər

1965-ci ildən Azərbaycan Bədii Fondunun, 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının, 1980-cı ildən isə SSRİ Bədii Fondunun üzvü olub.

Ailəsi

2 oğlu və bir qızı var.

Oğlanları ElnurŞakir atalarının peşəsini davam etdirirlər.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə