Fikrət Əsgərov
Fikrət Əsgərov | |
---|---|
Əsgərov Fikrət Hüseyn oğlu | |
Fikrət Əsgərov | |
Anadan olub | 18 fevral 1941 |
Anadan olduğu yer | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Peşəsi | pedaqoq |
Milliyyəti | azərbaycanlı |
İxtisası | fizika-riyaziyyat |
Təhsili | N.Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universiteti, fizika-riyaziyyat fakültəsi (1959 – 1963) |
Fəaliyyəti | müəllim |
Fəaliyyət illəri | 1963 – 2011 |
Mükafatları |
Fikrət Əsgərov (1941) — pedaqoq, fizika-riyaziyyat müəllimi, Azərbaycan Respublikasının Əməkdar Müəllimi (2007), SSRİ maarif əlaçısı (1983), Azərbaycan SSR-in Qabaqcıl maarif xadimi (1986).
Haqqında məlumatlar
18 fevral 1941-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1948 – 1959-cu illərdə Nuxa şəhər 10 №-li tam orta məktəbdə,
1959 – 1963-cü illərdə N.Tusi ad. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsində,
Əmək fəaliyyəti
1963 - 1967-ci illərdə Zaqatala rayonunun Cobankol kənd məktəbində fizika-riyaziyyat müəllimi işləyib.
1967 - 2011-ci illərdə Şəki şəhəri 10 №-li tam orta məktəbdə fizika-riyaziyyat müəllimi işləyib.
Təltifləri
- “Əmək igidliyinə görə” medalı.
- “Əmək veteranı” medalı.
- "SSRİ maarif əlaçısı" nişanı.
- "Azərbaycan SSR-in qabaqcıl maarif xadimi" nişanı.
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı.
Mənbələr
- "Şəki fəhləsi" qəzeti, "Riyaziyyat müəllimi" məqaləsi, 12.06.1980.
- "Şəki fəhləsi" qəzeti, "Mahir pedaqoq" məqaləsi, 11.02.1987.
- Vaqif Səmədovun "Təcrübə öyrədir" kitabı, "Maarif" nəşriyyatı, Bakı - 1987.