Sahib Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Təhsili) tərəfindən edilmiş 16:15, 15 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Sahib Əliyev
Əliyev Sahib Məmməd oğlu
Sahib Əliyev
Sahib Əliyev, 2009-cu il.
Doğum tarixi 16 mart 1962 (1962-03-16) (62 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu (1979 – 1984)
Hərbi fəaliyyəti
Xidmət illəri 1992 – 2015
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovnik-leytenantı.png
polkovnik-leytenant
İstefada 2015
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalıAzərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.png"Qüsursuz xidmətə görə" III dərəcəli medalı"Qüsursuz xidmətə görə" II dərəcəli medalıŞablon:"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)""Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Qüsursuz xidmətə görə" I dərəcəli medalı3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı Şablon:"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)"

Sahib Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı.

Haqqında məlumatlar

16 mart 1962-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1969 – 1979-cu illərdə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1979 – 1984-cü illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti və hərbi karyerası

1984 – 1986-ci illərdə təyinatla Xəzərdənizneft Xüsusi texniki vasitəli dəniz kəşfiyyat qazma idarəsinin “Şelf-2” qazma qurğusunda mexanik, böyük mexanik vəzifələrində işləyib.

1986 – 1988-ci illərdə Sovet Ordusunun Orta Asiya Hərbi Dairəsində hərbi xidmətdə olub; hərbi xidmətdən baş leytenant rütbəsi ilə tərxis olunub.

1988 – 1992-ci illərdə OADKYC (DOSAAF) 2 saylı Bakı Birləşmiş Texniki məktəbində işləyib.

1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək hərbi xidmətə keçmək istəyini bildirib. Onun müraciəti müsbət qarşılanmış və Müdafiə Nazirliyinin Tank və Zirehli Texnika Xidmətinin baş zabiti vəzifəsinə götürülmüşdür; ardınca, Ağdam, Qubadlı, Zəngilan, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında baş vermiş döyüşlərdə tankçı zabit kimi iştirak etmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunsa da, əmək fəaliyyətini mülki mütəxəssis kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində davam etdirir.

Müharibə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.

Təltif və mükafatları

  1. “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı – 23.02.1988;
  2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)” yubiley medalı – 26.06.2003;
  3. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 26.06.2003;
  4. II dərəcəli "Qüsursuz xidmətə görə" medalı – 26.06.2008;
  5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı – 19.07.2008;
  6. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı – 24.06.2013;
  7. I dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 24.06.2013;
  8. III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı – 24.06.2014;
  9. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı – 26.06.2018.

Ailəsi

Ailəlidir, iki oğlu var.

Şablon:Yaxşı məqalə