Aydın Məmmədov2019.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Sahib Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sahib Əliyev
Əliyev Sahib Məmməd oğlu
Sahib Əliyev
Sahib Əliyev, 2009-cu il.
Doğum tarixi 16 mart 1962 (1962-03-16) (59 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu (1979 – 1984)
Hərbi fəaliyyəti
Xidmət illəri 1992 – 2015
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovnik-leytenantı.png
polkovnik-leytenant
İstefada 2015
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalıAzərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.pngQüsursuz xidmətə görə III dərəcəli medalı - lent.pngQüsursuz xidmətə görə II dərəcəli medalı - lent.pngAzərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.png"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı"Qüsursuz xidmətə görə" I dərəcəli medalıHərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı

Sahib Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı, müharibə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 mart 1962-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1969 – 1979-cu illərdə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbində,

1979 – 1984-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək və hərbçi fəaliyyəti[redaktə | HTML redaktə]

1984 – 1986-ci illərdə təyinatla Xəzərdənizneft Xüsusi texniki vasitəli dəniz kəşfiyyat qazma idarəsinin “Şelf-2” qazma qurğusunda əvvəlcə mexanik, sonra böyük mexanik vəzifəsində işləyib.

1986 – 1988-ci illərdə Sovet Ordusunun Orta Asiya Hərbi Dairəsində hərbi xidmətdə olub; hərbi xidmətdən baş leytenant rütbəsi ilə tərxis olunub.

1988 – 1992-ci illərdə OADKYC (DOSAAF) 2 saylı Bakı Birləşmiş Texniki məktəbində işləyib.

1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək hərbi xidmətə keçmək istəyini bildirib. Onun müraciəti müsbət qarşılanmış və Müdafiə Nazirliyinin Tank və Zirehli Texnika Xidmətinin baş zabiti vəzifəsinə götürülüb; ardınca, Ağdam, Qubadlı, Zəngilan, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında baş vermiş döyüşlərdə tankçı zabit kimi iştirak edib.

2015-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunsa da, əmək fəaliyyətini mülki mütəxəssis kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində davam etdirir.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

  1. “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı – 23.02.1988;
  2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)” yubiley medalı – 26.06.2003;
  3. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 26.06.2003;
  4. II dərəcəli "Qüsursuz xidmətə görə" medalı – 26.06.2008;
  5. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı – 19.07.2008;
  6. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı – 24.06.2013;
  7. I dərəcəli “Qüsursuz xidmətə görə” medalı – 24.06.2013;
  8. III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı – 24.06.2014;
  9. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı – 26.06.2018.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəlidir, iki oğlu var.