Varid Fərzəlibəyov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:49, 22 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Varid Fərzəlibəyov
Fərzəlibəyov Varid Nəsib oğlu
Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov, 1958-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1933(1933-07-02)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 mart 1999 (65 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Varid Fərzəlibəyov (1933–1999) — tanınmış ixtiraçı-mühəndis, həvəskar tarzən, bas tarının (bəm tarın) yaradıcısı[1]. Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi istehsal olunub.

Haqqında məlumatlar

2 iyul 1933-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

M.F.Axundov adına Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

30 il “Azərelektroişıq” istehsalat birliyinin laboratoriya müdiri olub.

Yaradıcılığı

Bas tarı (Bəm tar); Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi. V.Fərzəliyevin işi. 1961.

1962-ci ildə yeni bir müsiqi alətini – bas tarını (bəm tarı)[2] ixtira edib. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov, H.Xanməmmədovun iştirakı ilə təşkil olunmuş komissiya bu ixtiraya yüksək qiymət verib.

1966-cı ildə bu alətə görə SSRİ miqyasında patent alıb[3]. Bas tarını Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarı quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.

İstinadlar

Ədəbiyyat

Şablon:Yaxşı məqalə