Fərrux Yusifov
Fərrux Yusifov | |
---|---|
Yusifov Fərrux Oruc oğlu | |
Fərrux Yusifov, 1967-ci il. | |
Doğum tarixi | 11 aprel 1913 |
Doğum yeri | Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 3 iyul 1976 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
İş yeri | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir) |
Elmi dərəcəsi | elmlər doktoru |
Təhsili | Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası |
Mükafatları |
Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.
Haqqında məlumatlar
11 aprel 1913-cü il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.
Təhsili
Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.
Əmək fəaliyyəti
1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,
1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,
1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,
1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,
1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənədi-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.
1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,
1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.
Elmi fəaliyyəti
Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
İctimai fəallığı
Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarının nümayəndəsi seçilib.
Hərbi xidmət
1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.
Mükafatları
- “Qırmızı Ulduz” ordeni, 2 dəfə;
- 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeni;
- döyüş medalları.
Vəfatı
3 iyul 1976-cı il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Şəki şəhərində bir küçəyə adı verilib.
Digər
Ədəbiyyat
- Ф.О.Юсубов (некролог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
- "ЮСУБОВ, ФАРРУХ ОРУДЖ ОГЛЫ" (русский). июня 15, 2019. 6 Jul 2020 tarixində arxivləşdirilib.
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1913-cü ildə doğulanlar
- 11 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 3 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)