Azər Tağıyev
Azər Tağıyev | |
---|---|
Tağıyev Azər Cabir oğlu | |
Azər Tağıyev. | |
Anadan olub | 25 aprel 1948 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 30 aprel 2018 (70 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Atası | Cabir Tağıyev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşələri | hüquqşünas, vəkil |
İxtisası | hüquqşünas |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1967–1973) |
Fəaliyyət illəri | 1974–1918 |
Mükafatları |
Azər Tağıyev — tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri.
Haqqında məlumatlar
15 aprel 1948-ci il tarixdə Nuxada (indiki şəki) anadan olub.
Təhsili
Nuxa Fəhlə-Gənclər Məktəbini bitirib.
1967 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Hərbi xidmət
1973 – 1974-cü illərdə Sovet ordusundə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1963-cü ildən Nuxa Təmir-Tikinti İdarəsində fəhlə işləyib.
1969-cu ildən Azərbaycan SSR Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisədə,
1971-ci ildən Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutnda işləyib.
1974-cü ildən Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkil işləyib; o cümlədən,
1980-cü ildən həmin məsləhətxananın müdiri olub.
Müxtəlif təşkilat və komissiyalarda üzvlüyü
1974-cü ildən Azərbaycan SSR/Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, o cümlədən,
1980-ci illərinin əvvəlində Rəyasət Heyətinin üzvü,
1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini,
1995-сi ildən Rəyasət Heyətinin sədri,
2004 – 2017-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olub; 2017-ci ildə səhhəti ilə bağlı olaraq sədr vəzifəsindən istefa verib.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub. Həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq İslahatı Komissiyasının və Qara dəniz İttifaqı Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beynəlxalq Vəkillər Birliyinin Ali Şurasının da üzvü idi.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı (2008).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Tağıyev Azər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 531 – 533. — 1.000 nüsx.
- "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq". https://barassociation.az/ (azərb.). Azərbaycan Respublikası Vəkillər Kollegiyasını. 3 May 2018 – 15 Aug 2020 tarixində arxivləşdirilib.