Qulam Axundov
Qulam Axundov | |
---|---|
Axundov Qulam Bağır oğlu | |
Qulam Axundov |
Qulam Axundov (1877–1947) — Azərbaycan sovet partiya məmuru və publisist. 1920-ci illərin birinci yarısında bir müddət Azərbaycan K(b)P Nuxa qəza partiya komitəsinin məsul katibi olub. İlk azərbaycanlı qadın elmlər namizədi Zümrüd Axundovanın və görkəmli Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın atasıdır.
Haqqında məlumatlar
1877-ci ildə Nuxada anadan olub.
1917-ci ilədək sahibkar yanında muzdur işləyib.
Ən geci 1922 ildən[1] ən geci 28 iyul 1923-ci il tarixədək[2] Azərbaycan K(b)P Nuxa qəza partiya komitəsinin məsul katibi və “Nuxa fəhləsi” qəzetinin məsul redaktoru olub[qeyd 1].
Sovet hökumətindən qaçaq düşmüş bir sıra günahsız şəxslərin öz evlərinə qaytarılmasında, onlardan bəzilərinin əməyə və təhsilə cəlb edilməsində xidmətləri var.
1924-cü ildə Bakıya köçüb və müxtəlif vəzifələrdə çalışıb.
1947-ci ildə Nuxada vəfat edib.
Xatirəsi
Şəki şəhərində adına küçə var.
Qeydlər
.
İstinadlar
Ədəbiyyat
- Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 371. — 500 nüsx.
- Tahirzadə Ə.Ş. Ələşrəf Kərimov/İsmayılov; Şəki keçmişdə və imdi // Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.