Zümrüd Axundova
Zümrüd Axundova | |
---|---|
Axundova Zümrüd Qulam qızı | |
![]() | |
Zümrüd Axundova. |
Zümrüd Axundova (1912–1961) — pedaqoji elmlər namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin dosenti. İlk azərbaycanlı qadın elmlər namizədidir. Azərbaycan KP Nuxa qəza komitəsinin birinci katibi olmuş Qulam Axundovun qızı, görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın bacısı, Azərbaycan SSR EA-nın həqiqi üzvü Məmməd Arifin həyat yoldaşı, tanınmış tənqidçisi və ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar elm xadimi Araz Dadaşzadənin anası, tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin isə nənəsidir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1 mart 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib.
1929 – 1931-ci illərdə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda,
1934 – 1935-ci illərdə Moskva Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1927-ci ildə − Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Bakı şəhər 5 №-li orta məktəbində müəllim işləyib.
1929-cu ildən pedaqoji fəaliyyətini Bakı nümunəvi komsomol məktəbində,
1935-ci ildə Moskva Ali Kommunist Maarifi İnstitutunun aspiranturasında təhsilini tamamladıqdan sonra isə Bakının müxtəlif ali məktəblərində – Azərbaycan Pedaqoji İnstitutunda, Xarici Dillər İnstitutunda, Azərbaycan Dövlət Universitetində davam etdirib.
İkinci Dünya Müharibəsi dövründə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin redaktoru olub.
1943 – 1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutun pedaqogika kafedrasının müdiri olub.
1948 – 1961-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində çalışıb, o cümlədən, 1951-ci ildən dosent vəzifəsində işləyib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən. 1900 – 1914-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1951-ci ildə dosent elmi adını alıb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1946);
- “Şərəf Nişanı” ordeni (1953);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
7 dekabr 1961-cı il tarixdə – 49 yaşında, Bakıda vəfat edib.
Video[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...