Rəhim Mədətov
Rəhim Mədətov | |
---|---|
Mədətov Rəhim Səlim oğlu | |
Rəhim Mədətov | |
Doğum tarixi | 5 sentyabr 1949 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat |
İş yeri | Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu, Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universiteti |
Rəhim Mədətov — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasinin professoru, Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvü.
Həyat və fəaliyyəti
5 sentyabr 1949-cu il tarixdə Nuxada anadan olub.
Təhsili
1956 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,
1966 – 1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) fizika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1971-ci ildə ali təhsilini tamamladıqdan sonra iki il Dəvəçi rayonunda fizika müəllimi işləyib.
1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyətə keçsə də pedoqoji fəaliyyətini davam etdirib.
Azərbaycan Milli Aviasiya Akademiyasının Fizika kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir (2020).
Elmi fəaliyyəti
1973-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb.
1977-ci ildə Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutun radiasiya tədqiqatları sektoruna kiçik elmi işçi vəzifəsinə keçirilib.
1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
1983-cü ildə baş elmi işçi vəzifəsinə keçirilib.
1992-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltaik və radiasiya effektləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edir və Elmi Şuranın qərarına əsasən aparıcı elmi işçi vəzifəsinə təyin edilir. 1994-cü ildə Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasına rəhbər təyin olunub və hal-hazırda qeyd edilən vəzifəni icra edir.
- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 120;
- - xaricdə çıxmış elmi əsərlərin sayı: 72;
- - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 45.
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 17.
- Kadr hazırlığı:
- - fəlsəfə doktorlarının sayı: 10;
- - elmlər doktorlarının sayı: 9.
İctimai fəaliyyəti
Rəhim Mədətov AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının və Həmkarlar Təşkilatının İdarə Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvüdür.
Təltif və mükafatları
AMEA-nın fəxri fərmanları – AMEA-nın ictimai həyatında fəal iştirak etdiyinə, elmi yaradıcılığında əldə etdiyi nəticələrin elmi və praktiki əhəmiyyətinə görə.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mədətov Rəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 364 – 365. — 1.000 nüsx.
- Radiasiya Problemləri İnstitutu//Elmlər doktorları;
- Институт Радиационных Проблем НАНА/;
- Azərbaycan Milli Elmlər Akademiyası/Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyası;
- Azərbaycan Milli Elmlər Akademiyası/Radiasiya Problemləri İnstitutunun elmlər doktorları/Mədətov Rəhim Səlim oğlu.
Şablon:Yaxşı məqalə