İbrahim Məmmədov (şəhid)

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Şəhid olması) tərəfindən edilmiş 15:00, 4 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İbrahim Məmmədov
Məmmədov İbrahim Nakam oğlu
İbrahim Məmmədov
İbrahim Məmmədov.
Ləqəbi Canavar
Doğum tarixi 3 aprel 1985(1985-04-03)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 oktyabr 2020 (35 yaşında)
Vəfat yeri Laçın rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri “Dovşan düzü” qəbiristanlığı, Şəki şəhəri
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Uşaqları Elvin, Mətanət
Həyat yoldaşı Aynur
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri OR-8 AZE ARMY.svg gizir
Döyüşlər  • Hadrut döyüşləri
 • Füzuli döyüşləri
 • Laçın döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2020"Şuşanın azad olunmasına görə" medalı — 2020

İbrahim Məmmədov (1985–2020) — Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin giziri. Vətən müharibəsinin gedişatında – 9 oktyabr 2020-ci il tarixdə, işğaldan azad olunmuş Hadrut qəsəbəsində ilk dəfə Azərbaycan bayrağı qaldıran hərbçilərdən biri olub. Daha sonra – 17 oktyabr 2020-ci il tarixdə isə işğaldan azad edilmiş Füzuli şəhərində ilk dəfə Azərbaycanı bayrağını şəxsən özü qaldırıb və bu şəhərin azad olunmasını şəxsən özü Azərbaycan Respublikasının Prezidentinə görüntülü şəkildə məruzə edib. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən sonra üç medalla təltif edilib.

Haqqında məlumatlar

3 aprel 1985-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1991 – 2002-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrində giziri olaraq hərbi xidmətini davam etdirib.

2010-cu ildə Türkiyədə təşkil olunmuş xüsusi təyinatlıların birləşmiş təlim-toplantısında,

2016-cı il Aprel döyüşlərində iştirak edib.

2020-ci il Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub.

Şəhid olması

25 oktyabr 2020-ci il tarixdə – Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə, boynundan ağır yaralanaraq şəhid olub.

15 noyabr 2020-ci il tarixdə – Şəki şəhərindəki “Dovşan düzü” qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailəli idi. Elvin adlı oğlu, Mətanət adlı qızı var.

İstinadlar

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında". http://e-qanun.az/ (azərb.). E-qanun.az. 15.12.2020. 7 Jan 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında". http://e-qanun.az/ (azərb.). E-qanun.az. 18 dekabr 2020-ci il. 19 Dec 2020 - 8 Jan 2021 tarixində arxivləşdirilib.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında". http://e-qanun.az/ (azərb.). E-qanun.az. 4 Jan 2021 - 8 Jan 2021 tarixində arxivləşdirilib.

Video-çarxlar

Şablon:Yaxşı məqalə