Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əmanət Abbasova

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:54, 7 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əmanət Abbasova
Abbasova Əmanət Əsabəli qızı
Əmanət Abbasova
Əmanət Abbasova, 1975-ci il.
Doğum tarixi 18 iyun 1953(1953-06-18)
Doğum yeri Kiş, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 8 may 2019 (65 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Kiş, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Bakı Ali Partiya Məktəbi (1985 – 1987)

Şəki Texnologiya Texnikumu ( – 1987)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1974Azərbaycan SSR LKGİ mükafatı — 1975
"Qırmızı Əmək Bayrağı" ordeni  — 1973Lenin ordeni  — 1977

Əmanət Abbasova (1953 – 2019) — sovet dövründə Şəki İpək kombinatının əmək qabaqcılı olmuş tanınmış toxucu fəhləsi; Azərbaycan SSR Dövlət mükafatıAzərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dörd dəfə Azərbaycan KP MK-nın üzvü seçilmişdir.

Haqqında məlumatlar

18 iyun 1953-ci il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.

1965 – 1967-cı illərdə V.İ.Lenin adına Nuxa İpək Kombinatı nəzdindəki Fabrik-Zavod Şagirdliyi məktəbində (sonrakı 69 №-li peşə-texniki məktəbi) peşə təhsili alıb.

1972-ci ildə axşam məktəbində orta təhsilini tamamlayıb.

1985 – 1987-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.

1987-ci ildə Şəki Texnologiya Texnikumunu bitirib.

Əmək fəaliyyəti

1967-ci ildən – 14 yaşından, V.İ.Lenin adına Nuxa İpək Kombinatının toxucu istehsalatında toxucu peşəsində əmək fəaliyyətinə başlayıb.

1999-cu ildən əmək təqaüdünə çıxıb.

Təltif və mükafatları

Siyasi fəaliyyəti

1972-ci ildən Sov.İKP üzvü olub.

1976, 1981, 1986 və 1990-cı illərdə Azərbaycan KP MK-nın üzvü seçilib.

Dəfələrlə Azərbaycan KP Şəki şəhər partiya komitəsinin plenum üzvü seçilib.

İctimai fəaliyyəti

1975-ci ildə 144 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin,

1980-cu ildə isə 166 nömrəli Şəki ikinci şəhər seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Bir neçə dəfə Şəki şəhər sovetinin deputatı olub.

Vəfatı

8 may 2019-cu il tarixdə – 65 yaşında, Bakıda vəfat edib.

9 may 2019-cu il tarixdə anadan olduğu Kiş kəndində dəfn edilib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abbasova Əmanət // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 23 – 24. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Şablon:Yaxşı məqalə