Əbdüləli bəy Əmircanov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:10, 20 may 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbdüləli bəy Əmircanov
Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov.
bayraqAzərbaycan Xalq Cümhuriyyətinin 1-ci maliyyə naziribayraq
17 iyun 1918 — 6 oktyabr 1918
Sələfi vəzifə təsis edilib
Xələfi Məmmədhəsən Hacınski
Şəxsi məlumatlar
Doğum tarixi (31)  19 may 1870(1870-05-19)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1948(1948-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (78 yaşında)
Təhsili Aleksandrovsk Müəllimlər İnstitutu (–1888, Tiflis)

Əbdüləli bəy Əmircanov (1870–1948) — Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü; həmçinin, cümhuriyyətin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Haqqında məlumatlar

19 (31) may 1870-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1876 – 1883-cü illərdə Nuxa şəhər məktəbində təhsil alıb.

1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1888-ci ildən Nuxa şəhər məktəbində müəllim işləyib.

XIX əsrin axırlarında Lənkərana köçüb və orada müəllim işləyib.

XX əsrin əvvəllərində Bakıya köçmüş və rus-tatar məktəblərində dərs deyib; həmçinin, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışıb, “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin və “Nəşri-Maarif” cəmiyyətinin işlərində yaxından iştirak edib.

1918-ci ilin 17 iyunundan 6 oktyabrına qədər – Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri vəzifəsini tutub.

1918-ci ilin 6 oktyabrdan – 7 dekabrına qədər Dövlət Müfəttişi vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862 – 1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir.

1918-ci ilin martında yaradılmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub və mart-aprel aylarında daşnak-bolşeviklər tərəfindən həyata keçirilmiş müsəlman qətliamının qarşısını almağa çalışan ziyalılardan biri idi.

1918-ci ilin dekabrın 7-də fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin parlamentində bitərəflər qrupunun üzvü olub.

1919-cu ildə Behbud xan Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri qurmaq üçün Bakıda “Dəyanət” şirkəti yaradıb.

1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

Vəfatı

1948-ci ildə İstanbulda vəfat edib.

Digər

1918-ci ilin sentyabrında Türk İslam Ordusunun Bakıya yürüşü zamanı Behbud xan Cavanşir ilə birlikdə Ələtin alınmasında iştirak edib.

Ailəsi

XIX əsrin axırlarında Lənkəranda yaşayarkən ailə qurub.

Ədəbiyyat

  1. Mərdanov M, Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 455-463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.

Aidiyyəti linklər

  1. Yaqublu N. Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov (azərb.) // 525-ci qəzet : qəzet. — Bakı, 1918. — В. 18 oktyabr. — № 182. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 Oct 2018 - 3 Nov 2018.
  2. ƏMİRCANOV Əbdülәli bәy Şirәli bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
  3. Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.

Şablon:Yaxşı məqalə