Nazim Hacıyev
Nazim Hacıyev | |
---|---|
Hacıyev Nazim Məmmədiyə oğlu | |
Nazim Hacıyev | |
Doğum tarixi | 6 iyun 1924 |
Doğum yeri | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 1962 (38 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Bədəlova Ziba Səttar qızı |
Uşağı | Aydın Hacıyev |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1940–1941; 1944–1948) |
Nazim Hacıyev (1924–1962) — Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi.
Haqında məlumatlar
6 iyun 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1940-cı ildə Nuxada peşə məktəbini bitirib.
1940–1941 və 1944–1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1941−1943-cü illərdə, müxtəlif vaxtlarda “Nuxa fəhləsi” qəzetində ədəbi işçi, Huxa 12 №-li orta məktəbində dil və ədəbiyyat müəllimi, Baş Küngüt kənd orta məktəbində dərs hissə müdiri, Nuxa rayon xalq maarifi şöbəsində metodist vəzifəsində çalışıb.
1943 − 1944-cü illərdə “Nuxa fəhləsi” qəzetinin məsul katibi olub.
1944 − 1947-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləyib.
1947 − 1950-ci illərdə Bakı şəhər Komsomol Komitəsinin katibi,
1950 − 1952-ci illərdə, əvvəl Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat şöbəsində təlimatı, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda partiya komitəsinin katibi olub.
1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi,
1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilib.
1956 − 1958-ci illərdə Azərbaycan SSR KP MK-nın elm və təhsil şöbəsinin müdiri,
1958-ci ildən isə Sov.İKP MK-nın, əvvəlcə, məsul təşkilatçısı, sonra isə sektor müdiri,
1960-cı ildə Azərbaycan SSR KP MK-nın ideoloji işlər üzrə katibi olub.
Digər fəaliyyəti
1952-ci ildə keçirilmiş ÜİK(b)P-nin XIX qurultayında[1],
1956-cı ildə keçirilmiş Sov.İKP-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub.
1956-ci ildə Ümumittifaq LKGİ MK-nın büro üzvü seçilib.
Vəfatı
30 iyul 1962-ci il tarixdə – 38 yaşında, Bakıda vəfat edib. Bakıda – Fəxri Xiyabanda, dəfn olunub[2].
Xatirəsi
Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə adına küçə var.
Sovet dövründə Şəkinin mərkəzi istirahət klubu, Şəki rayonunun İnçə kəndində sovxoz və Baş Küngüt kəndində orta məktəb onun adını daşıyıb.
2000 və 2009-cu illərdə oğlu Aydın Hacıyevin atası haqqında yazdığı “Hər şeyi başa düşmək, lakin bağılamamaq” (rus.: «Все понять, но не всепростить») adlı kitabı çap olunub.
2019-cu ildə “Aranfilm” Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən “Bir qəsdin tarixi” sənədli filmi istehsal edilmişdir.[3]
Əsərləri
- Гаджиев Н. М. Из практики работы по интернациональному воспитанию трудящихся. — М.: Знание, 1961. — 36 с. — 2000 экз.
- Гаджиев Н. М. Французские встречи: [Путевые заметки участника Делегации советской молодёжи во Францию в 1955 г.]. — Баку: Детюниздат, 1956. — 130 с. — 6000 экз.
İstinadlar
- ↑ "Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952". Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ "Fəxri Xiyabanda dəfn olunanlar". Azerbaijan.az. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ Эльмира Ахундова (06.06.2019). "Смертельная схватка Анастаса Микояна и Назима Гаджиева" (русский). 1news. İstifadə tarixi: 2019-06-06.