Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Qeysər Xəlilov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Qeysər (Qeysəl) Xəlilov
Xəlilov Qeysər Veysəl oğlu
Qeysər Xəlilov, 1991-ci il.

Qeysər Xəlilov (1929–2000) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi. Uzun müddət Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini[1] olmuş, sonra bir müddət Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışmış, daha sonra isə bir sıra digər məsul vəzifələr tutmuşdur.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

9 oktyabr 1929-cu il tarixdə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1947-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Sonra isə aspiranturada təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1952-ci ildə Azərbaycan SSR radio verilişləri komitəsində redaktor vəzifəsində əmək fəaliyyətinə başlayıb. Əvvəl müxtəlif vaxtlarda gah pioner və məktəblilər, gah da komsomolçu-gənclər şöbəsində çalışıb. Sonra isə təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib.

1963 – 1990-cı illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini,

1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),

1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,

1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.

1993-cü ildə əmək təqaüdünə çıxıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1961-ci ildə “Azərbaycan sovet ziyalılarının təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyasını,

1982-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

1989-cu ildə professor elmi adını alıb.

40-dan çox elmi əsərin, 10-a qədər monoqrafiyanın müəllifidir.

Mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

7 aprel 2000-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.

Şəkillər[Vizual/Mobil redaktə | HTML redaktə]

İstinadlar və qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyətinin sədri vəzifəsinə ənənəvi olaraq Azərbaycan SSR EA-nın prezidentləri seçilirdi.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Tahirzadə S. Gənc alim = Ҝәнс алим // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1961. — В. 8 dekabr. — № 145 (6.214). — Səh. 4.
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 258-259. — 1.000 nüsx.
  3. Mete Ə. Xəlilov Qeysər Veysəl oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 305. — 500 nüsx.

Bildiriş[HTML redaktə]

...

...