Gülnaz Salamova
Gülnaz Salamova | |
---|---|
Salamova Gülnaz Mustafa qızı | |
Gülnaz Salamova | |
Gülnaz Salamova, 20012-ci il. | |
Anadan olub | 25 iyun 1954 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Xarici Dillər İnstitutu |
Gülnaz Salamova — Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədri. Həmçinin, 2010–2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin sədr müavini, 2006–2010-cu illərdə isə sədri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
25 iyun 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirib.
Əmək fəaliyyəti
Şəki şəhər 9 saylı orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
1981 – 1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin məktəblər üzrə təşkilatçısı,
1982 – 2005-ci illərdə Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin sədri,
2005 – 2010-cu illərdə Şəki şəhər bələdiyyəsinin sədri,
2010 – 2020-ci illərdə Şəki şəhər bələdiyyəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
Digər
1980 – 1982 və 1990 – 1995-ci illərdə Şəki Şəhər Sovetinin deputatı olub.
1999, 2004, 2009, 2014 və 2019-cu illərdə Şəki şəhər bələdiyyəsinə üzv seçilib.
2001-ci ilin may ayından Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
“Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Ədəbiyyat
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.