Murad Abdulhəmidov
Murad Abdulhəmidov | |
---|---|
Abdulhəmidov Murad Ramil oğlu | |
Murad Abdulhəmidov. | |
Anadan olub | 8 yanvar 2005 |
Anadan olduğu yer | Bakı, Azərbaycan |
Murad Abdulhəmidov — Akademik Zərifə Əliyeva adına liseyin 2021-ci il məzunu; 2021-ci ildə SAT (Scholastic Aptitude Test) imtahanının nəticəsinə görə bir sıra inkişaf etmiş ölkələrin dövlət universitetlərində təhsil almaq üçün seçim imkanı qazanıb.
Haqqında məlumatlar
8 yanvar 2005-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
2011 – 2016-cı illərdə Bakı şəhər 247 saylı tam orta məktəbində,
2016 – 2020-ci illərdə Bakı Humanitar Kollecində,
2020 – 2021-ci illərdə Akademik Zərifə Əliyeva adına liseydə təhsil alıb.
2021-ci ildə SAT (Scholastic Aptitude Test) imtahanında yüksək nəticə – 1470 bal toplayaraq, ABŞ, Belçika, Niderland, Çexiya, Polşa, Finlandiya, Latviya, Litva, Estoniya və Türkiyə kimi ölkələrin dövlət universitetlərindən birində təhsil almaq üçün seçim imkanı əldə edib.
Digər
2020-ci ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi on-layn “Fibonacci” intellektual oyununda təhsil aldığı Akademik Zərifə Əliyeva adına liseydə liseyin “Tesla” komandasının tərkibində iştirak etmiş və bu turnirdə “Tesla” komandası 1-ci yeri tutmuşdur.
Ailəsi
- Atası: Ramil Abdulhəmidov, Şəkidə anadan olub, 2009-cu ildən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən test imtahanında müvəffəqiyyət qazanmışdır.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |