Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Eldar Zülfüqarzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:10, 11 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Eldar Zülfüqarzadə
Zülfüqarzadə Eldar Ənvər oğlu
(rus.: Зульфугарзаде Эльдар Энверович/Энвер оглы)
Doğum tarixi 27 noyabr 1938(1938-11-27)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı baş elmi işçi
Təhsili

 • “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (–1960)  • Azərbaycan SSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturası (1962–1965)

 • Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universiteti (–1978)
Evladı Teymur Zülfüqarzadə
Atası Ənvər Zülfüqarov
Elmi rəhbəri Boris Petrov
Mükafatları "Əmək veteranı" medalı

Eldar Zülfüqarzadə — tanınmış metroloq alim, texnika elmləri namizədi, 1989-cu ildə Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş, 1993-cü ildə isə ABŞ-a köçərək, əmək və elmi fəaliyyətini 2012-ci ilədək ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunda (ing. National Institute of Standards and Technology) davam etdirmişdir. ABŞ-da yaşayır. Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.

Haqqında məlumatlar

27 noyabr 1938-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1955-ci ildə Bakıda orta məktəbi (gümüş medalla),

1960-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (ixtisas: avtomatik, telemexaniki elektrik ölçmə cihazları və qurğuları) bitirib.

1962 – 1965-ci illərdə Azərbaycan SSR EA Avtomatika və Telemexanika İnstitutunun aspiranturasında təhsil alıb.

1978-ci ildə Sov.İKP Moskva şəhər komitəsinin Marksizm-Leninizm Universitetini bitirib.

Elmi fəaliyyəti

1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1960 – 1967-ci illərdə Azərbaycan SSR EA Kibertexnika İnstitutunda əvvəl mühəndis, sonra böyük mühəndis,

1970 – 1973-cü illərdə Ümumittifaq Texniki Məlumat, Təsnifat və Kodlaşdırma Elmi Tədqiqat İnstitutunda (rus.: Всесоюзный научно-исследовательский институт технической информации, классификации и кодирования) sektor müdiri,

1973-cü ilin iyunundan Ümumrusiya Elmi Tədqiqat Metroloji Xidmət İnstitutunda (rus.: Всероссийском научно-исследовательском институте метрологической службы) əvvəl sektor müdiri, sonra avtomatlaşdırılmış metrologiya informasiya-idarəetmə sistemi baş şöbəsinin müdiri və elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib.

1989-cu ilin iyun ayından Ümumittifaq Metroloji Xidmət Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib və bu vəzifədə 1993-cü ilin sentyabr ayınadək çalışıb.

1993 − 2012-ci illərdə ABŞ Ticarət Nazirliyinin Milli Standartlar və Texnologiya İnstitutunun (ing. National Institute of Standards and Technology) dəvət olunmuş tədqiqatçısı olub.

Digər

1985 – 1993-cü illərdə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi məruzəçisi olub.

1992-ci ildə Rusiya Metroloji Akademiyasının həqiqi üzvüdür.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Деятельность Европейской экономической комиссии ООН в сфере международно-правового регулирования процедур гармонизации стандартов (rus.). https://zakon.ru/. Информационно-правовой портал, создан ООО «Издательская группа «Закон». Arxivləşdirilib (11 iyul 2021).