Sədayə Mustafayeva
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:04, 12 iyul 2021 tarixli dəyişiklik
Sədayə Mustafayeva | |
---|---|
Mustafayeva Sədayə İsmayıl qızı | |
Sədayə Mustafayeva | |
Doğum tarixi | 15 iyul 1926 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 13 avqust 2004 (78 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Həyat yoldaşı | Məmməd Bürcəliyev |
Uşağı | Anar Bürcəliyev |
Peşəsi | aktrisa |
Mükafatları | |
IMDb | ID 3081431 |
Sədayə Mustafayeva (1926–2004) — teatr və kino aktrisası, Azərbaycanın SSR-in xalq artisti.
Haqqında məlumatlar
15 iyul 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Nuxada 5 illik orta təhsil alıb.
Əmək və yaradıcılıq fəaliyyəti
5 illik orta təhsilini bitirdikdən sonra Nuxa İpək kombinatında fəhlə işləyib.
Sonra Sabir adına Nuxa Dövlət Dram Teatrında, Ağdaş, Göyçay teatrlarında,
1950-ci ilin mart ayından isə Kirovabad Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Sonuncu teatrın səhnəsində 400-dən artıq rol oynamışdır.
Həmçinin, “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq filmə də çəkilib.
Filmoqrafiya
- Biri vardı, biri yoxdu... (film, 1967) (Qadın - S.Mustafayeva).
- Qanun naminə (film, 1968) (Xatun - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
- Mən ki gözəl deyildim (film, 1968) (Gözəl - S.Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
- Şərikli çörək (film, 1969), (Şamama - S.Mustafayeva, səsləndirir - Ofelya Sənani).
- Gün keçdi (film, 1971), (Əsmərin anası - S. Mustafayeva, səsləndirir - Ətayə Əliyeva).
- Qızıl qaz (film, 1972), (Şəfiqənin anası - S.Mustafayeva, səsləndirir - Əminə Yusifqızı).
- Var olun, qızlar... (film, 1972), (Rüstəmin anası - S. Mustafayeva).
- Firəngiz (film, 1975), (Məsmə - S.Mustafayeva).
- Ad günü (film, 1977)(tammetrajlı bədii film)- rol: Əlinin anası.
- Qayınana (film, 1978), (Mülayim - S.Mustafayeva, səsləndirir - Süsən Məçidova).
- Gümüşü furqon (film, 1982), (Mədinənin anası - S.Mustafayeva).
- İlıq dənizdə buz parçası (film, 1983), (Təqaüdçünün anası - S.Mustafayeva).
- Cin mikrorayonda (film, 1985), (ana - S.Mustafayeva).
- İşarəni dənizdən gözləyin (film, 1986), (Komandanın anası - S.Mustafayeva, səsləndirir - Məhluqə Sadıqova).
- Şəhərli biçinçilər (film, 1986), (Humay - S.Mustafayeva).
- Ölsəm... bağışla (film, 1989), (Yusifin anası - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
- Ağ atlı oğlan (tammetrajlı bədii film, 1995) - rol: Mirvari nənə.
- Həm ziyarət, həm ticarət... (film, 1995), (Suğra xala - S.Mustafayeva, səsləndirir - Zərnigar Atakişiyeva).
- Dağıdılmış körpülər (film, 1996) (Əsmər - S.Mustafayeva).
- Acılar bitməz (tammetrajlı bədii film, 2009)- rol: Orxanın nənəsi.
Təltif və mükafatları
- Azərbaycan SSR əməkdar artisti (1958).
- Azərbaycan SSR xalq artisti — 1981
- Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü (2003).
Vəfatı
13 avqust 2004-cü il tarixdə – 78 yaşında, Gəncədə vəfat edib.
Ailəsi
- Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşıdır.
- Teatrşünas-tənqidçi Anar Bürcəliyevin.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayeva Sədayə // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 437 – 438. — 1.000 nüsx.
17 Kateqoriya:
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış kino xadimləri
- 1926-cı ildə doğulanlar
- 15 iyulda doğulanlar
- İyulda doğulanlar
- 13 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR xalq artistləri
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr