Adnan Hacızadə
Adnan Hacızadə | |
---|---|
Hacızadə Adnan Hikmət oğlu | |
Adnan Hacızadə | |
Anadan olub | 13 iyul 1983 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Hikmət Hacızadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Adnan Hacızadə — ictimai-siyasi fəal, bloqqer, “Ol!” Azərbaycan gənclər hərakatının rəhbərlərindən biri.
Haqqında məlumatlar
13 iyul 1983-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
Bakı Avropa liseyini bitirib.
2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olunub, burada siyasətşünaslıq üzrə bakalavr dərəcəsi alıb, 2005-ci ildə Bakıya qayıdıb, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində təhsilini davam etdirib və bakalavr dərəcəsi alıb.
Əmək fəaliyyəti
Həqiqi hərbi xidmətdən (2007–2008) əvvəl və sonra “BP” ictimayyətlə əlaqələr şöbəsində işləyib.
İctimai-siyasi aktivliyi
2003-cü ilin prezident seçkiləri zamanı ictimai-siyasi aktivliyə başlayıb. Ol! Azərbaycan gənclər hərakatının rəhbərlərindən biri olub.
Məhkimluğu
2009-cu il iyulun 8-də altı dostu ilə bir yerdə «Livan» restoranının barında baş vermiş olaya görə 2 aylıq müddətə həbs olunub.
11 noyabr 2009-cu il tarixdə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
2010-cu il noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində onun bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və məhkəmə zalından azadlığa buraxılması barədə qərar qəbul olunub.
Ədəbiyyat
- Əgər {{cite web}} şablonunda archiveurl= parametri doldurulubsa mütləq archivedate= parametri də doldurulmalıdır, yaxud əksinə... Adnan's bio (ing.). http://videopetition.blogspot.com/. Adnan Hajizade and Emin Milli.