Kamal Zülfüqarzadə
Kamal Zülfüqarzadə | |
---|---|
Kamal Zülfüqarzadə | |
Kamal Zülfüqarzadə. | |
Doğum tarixi | 11 avqust 1934 |
Doğum yeri | Leninqrad (indiki Sankt-Peterburq), RSFSR, SSRİ |
Vəfat tarixi | 25 yanvar 2018 (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
İş yeri | AMEA Fizika İnstitutu (aparıcı elmi işçi) |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
Atası | Ənvər Zülfüqarov |
Kamal Zülfüqarzadə (1934–2018) — fizika-riyaziyyat elmləri namizədi, dosent, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi.
Haqqında məlumatlar
11 avqust 1934-cü il tarixdə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub.
Təhsili
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
Elmi fəaliyyəti
“Benzolun monohaloidtörəmələrin qatılaşdırılmış məhlulların mikrodalğalı diapazonda dielektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Çap olunmuş 68 elmi əsərin müəllifidir. O cümlədən əsərlərinin 10-u xaricdə çap olunmuşdur.
Əmək fəaliyyəti
AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.
Vəfatı
25 yanvar 2018-ci il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Fizika İnstitutunun fəlsəfə doktorları/Zülfüqarzade Kamal Ənvər oğlu : [arx. 13.07.2021] : [azərb.] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 13.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |