Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aydın Qaffarov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:31, 14 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aydın Qaffarov
Qaffarov Aydın Qaffar oğlu
Aydın Qaffarov
Aydın Qaffarov, 2021-ci il.
Anadan olub 16 iyun 1954 (1954-06-16) (70 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
İxtisası inşaat mühəndisi
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1972–1977)

Aydin Qaffarov — tanınmış inşaat mühəndisi. Vaxtilə, Azərbaycan ərazisində həyata keçirilən bir sıra respublika və ittifaq əhəmiyyətli tikintilərdə məsul vəzifələr tutmuşdur. 2011-ci ildən əmək təqaüdündədir.

Haqqında məlumatlar

16 iyun 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1962 – 1972-ci illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbdə,

1972 – 1977-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1977-ci ildə təyinatla Azərbaycan SSR Sənaye-Tikinti Nazirliyinin Mingəçevir şəhərindəki 6 №-li İxtsaslaşdırılmış Mexanızasiya İdarəsinə göndərilib.

1977 – 1993-cü illərdə, müxtəlif vaxtlarda, Mingəçevir İstilik Elektrik Stansiyasının, Kirovabad/Gəncə Avtomobil zavodunun, Yevlax Yun zavodunun, Səki İpək kombinatının boyaq-bəzək istehsalatının, 2-ci Kür-Bakı su kəmərinin tikintisi kimi nəhəng tikinti sahələrində iç icraçısı, sahə rəisi, baş mühəndis vəzifələrində çalışıb.

1993-cü ildə Şəki 87 №-li Təmir-Tikinti idarəsinə rəis təyin olunub.

2011-ci ildə Şəki rayonunda inşa olunan Məcburi Qaçqınlar Qəsəbəsinin tikintisində sahə rəisi vəzifəsində çalışıb.

2011-ci ildə güzəştli şərtlərlə əmək pensiyasına çıxıb.

Ailəsi

4 övladı var.