Rafiq Kaşanlı
Rafiq Kaşanlı | |
---|---|
Rafiq Kaşanlı, 2016-cı il. | |
Doğum tarixi | 10 may 1941 |
Elmi dərəcəsi | incəsənət üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı |
Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, aktyorluq fakültəsi (–1964) |
Atası | Rizvan Kaşıyev |
Mükafatları |
Rafiq Kaşanlı — tanınmış mədəniyyət işçisi, Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, “Sönməyən Ulduzlar” İctimai Teatrının bədii rəhbəri.
Haqqında məlumatlar
10 aprel 1941-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1964-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib.
Elmi fəaliyyəti
İncəsənət üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyəti
1964-cü ildə Azərbaycan SSR Radio və Televiziya Komitəsində rejissor köməkçisi olaraq əmək fəaliyyətinə başlayıb.
1967 – 1969-cu illərdə Azərbaycan LKGİ MK-da mədəniyyət şöbəsinin bölmə müdiri vəzifəsində işləyib.
1971 – 1988-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində işləyib; o cümlədən,
1971-ci ildən Mədəni-Maarif Müəssisələri İdarəsinin rəis müavini,
1976-cı ildən Mədəniyyət İşçilərinin İxtisasartırma Kursunun direktoru,
1983-cü ildən Mədəni-Maarif Müəssisələri İdarəsinin rəisi olub.
1988-ci ildən Azərbaycan Mədəniyyət Fondu/Azərbaycan Yaradıcılıq Fondu İdarə Heyətinin sədr müavinidir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı (24.12.2002).
Ədəbiyyat
- Onların ulduzları sönməyib... : Ömrünü mədəniyyətə, incəsənətə həsr edən Rafiq Kaşanlı ilə 70 yaşın astanasında söhbət : [arx. 14 Nov 2019 - 15 Jan 2020] // anl.az. — 2011. — 8 aprel. — Müraciət tarixi: 24.07.2021.
- Məmmədov Ə., Xalıqov F. Kaşanlı Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 211 – 212. — 600 nüsx. — ISBN 5-8066-1708-4.