Hikmət Əbdülhəlimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:13, 12 aprel 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Hikmət Əbdülhəlimov
Hikmət Əbdülhəlimov
Hikmət Əbdülhəlimov
Anadan olub 17 iyul 1939 (1939-07-17) (85 yaş)
Anadan olduğu yer Flag of the Soviet Union.svg SSRİ, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Həyat yoldaşı Hüsniyə Qafarova
Uşaqları İlqar, Gülnarə
Atası Əhməd Abduləlimov
Anası Firuzə Abduləlimova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi dövlət qulluqçusu
Milliyyəti azərbaycanlı
İxtisası politoloq
Təhsili Ali Partiya Məktəbi
Mükafatları “Şöhrət” ordeni (Azərbaycan) "Qırmızı Əmək Bayrağı" ordeni "Şərəf Nişanı" ordeni

Hikmət Əbdülhəlimov (Əbdülhəlimov Hikmət Əhməd oğlu; d.  17 iyul 1939, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavini (2014-cü ildən); sabiq dövlət məmuru (Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi və bir sıra məsul partiya və dövlət vəzifələrində işləyib), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002-ci ildən).

Haqqında məlumatlar

1939-cu il iyulun 17-də Nuxada anadan olub.

1956-cı ildə 3 saylı Nuxa baramaaçan və ipəkburan fabrikində fəhləliklə əmək fəaliyyətinə başlamışdır.

1958 – 1961-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.

1962 – 1965-ci illərdə Şəki İpək Kombinatı Komsomol Komitəsinin katibi vəzifəsində işləyib.

1965 – 1969-cu illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi təhsil alıb; məktəbi fərqlənmə diplomu ilə bitirib.

1969-cu ildə Ali Partiya Məktəbini bitirdikdən sonra bir sıra məsul partiya və dövlət vəzifələrində – Şəki Şəhər Komsomol Komitəsinin birinci katibi, Şəki Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat, təşkilat şöbələrinin müdiri, Şəki Şəhər Mədəniyyət şöbəsinin müdiri, Şəki Şəhər İcra hakimiyyətinin ümumi şöbə müdiri, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin kadrlar şöbəsinin rəisi, həmin Birliyinin baş direktorunun müşaviri vəzifələrində çalışıb.

2014-cü ildən Azərbaycan Respublikası Rabitəçi Veteranlar Şurası İctimai Birliyinin sədr müavinidir.

Yaradıcılıq fəaliyyəti

1987 – 2020 illərdə 243 min nüsxə tirajla nəşr edilmiş 19 kitabın, o cümlədən, “Şəkinin gülüş çələngi” (Bakı, 1987/1988), “Saa quzu kəsərəm” (Bakı, 1992), “Şəki lətifələri” (Bakı, 1994), “Şəki gülməçələri” (Bakı, 1998) folklor toplularının, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun buraxdığı “Azərbaycan folkloru antologiyası”nın VI və XVIII kitablarının, “Şəki folkloru” toplusunun I cildinin həmmüəllifi, “Şəki folkloru” toplusunun II – III cildlərinin, “Şəki folklor örnəkləri” toplusunun I cildinin toplayıcısı və tərtibçisidir. Türkiyədə nəşr olunan “Türk Dünyası” jurnalında, Azərbaycanda nəşr olunan “525-ci qəzet”, “Ədəbiyyat”, “Naxçıvan”, “Zarafat” və s. qəzetlərdə Şəki folkloruna dair materialları dərc edilib, respublika radiosunun “Xeyrə qənşər” xalq yaradıcılığı proqramında çıxışları olub. 40-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Təltifləri və mükafatları

  • "Şöhrət" ordeni
  • “Qırmızı Əmək bayrağı” ordeni;
  • “Şərəf nişanı” ordeni;
  • “Rəşadətli əməyə görə” medalı.
  • 2003-cü ildə “Azərbaycan folkloru antologiyası” çoxcildliyinin VI kitabına görə Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” mükafatına layiq görülüb.

İstifadə edilmiş əsas mənbələr

  • Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 108-109.

Şablon:Yaxşı məqalə