Mustafa Şərifov
Mustafa Şərifov | |
---|---|
Şərifov Mustafa İsmayıl oğlu | |
Mustafa Şərifov | |
Mustafa Şərifov. | |
Digər adları | Şərifov Mustafa ağa, Şərifov Mustafa bəy, Şərifov Yevgeni Mixayloviç |
Anadan olub | 1875 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1938[qeyd 1] | (63 yaşında), yaxud 1952 (77 yaşında)
Həyat yoldaşları | Doridnısi Anna İvanovna, Şərifova Sona xanım |
Təhsili | Xarkov Universiteti, tibb fakültəsi (–1899) |
Mükafatları | Əmək qəhrəmanı |
Mustafa Şərifov (1875–1938, yaxud 1952) — 19-cu əsrin son rübündə və 20-ci əsrin birinci yarısında (ola bilsin həm də 20-ci əsrin ortalarında) Cənubi Qafqazda yaşamış və fəaliyyət göstərmiş tanınmış həkim. İlk azərbaycanlı sanitar həkim hesab olunur. Rusiya İmperiyası dövründə saray müşaviri(ru) mülki rütbəsinə malik olmuş, sovet dövrandə isə Azərbaycan SSR-in “Əmək qəhrəmanı” adını almışdır.
Haqqında məlumatlar
1875-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1899-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib.
Əmək fəaliyyəti
1901-ci ildə Cavanşir qəzasının həkimi,
1903-cü ildə Nuxa şəhərinin həkimi, sonra Cavanşir qəzasında kənd həkimi,
1913 – 1918-ci illərdə Bakı şəhərinin sanitar həkimi[qeyd 2], şəhər dezstansiyasının müdiri, sanitar təşkilatın müdiri,
1918 – 1920-ci illərdə Bakı şəhər tibb-sanitar hissəsinin müdiri,
1923 – 1924-cü illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında sanitar-epidemioloji şöbənin müdiri[1].[2].
1925 – 1936-cı illərdə Bakı şəhər səhiyyə idarəsi müdirinin müavini[qeyd 3],
1936 – 1937-ci illərdə Əmək Gigiyeniyası və Peşə Xəstəlikləri İnstitutunun statistika şöbəsinin müdiri, daha sonra “Azneft” tibb-sanitar idarəsində müdir müavini vəzifəsində işləmişdir.
Təltif və mükafatları
“Əmək qəhrəmanı” adı (1932).
Mülki rütbələri
Rusiya İmperiyası dövründə (ən geci 1911-ci ildən) saray müşaviri(ru) mülki rütbəsinə malik olub[3].
Digər
1897-ci ildə Anna İvanovna Doridnısi adlı xristian-pravoslav qızla evlənmək üçün xristianlığın pravoslavlıq təriqətini qəbul edib[3].
1905-ci ilin noyabrında Tiflisdə yaşayırdı; həmin vaxt Tiflisin müsəlman icması nümayəndələrinin toplantısında erməni provokasiyalarına qarşı qəti tədbirlər görmək və azərbaycanlılarla ermənilərin toqquşmasına yol verməmək üçün xüsusi komissiyanın yaradılması qərara alınmışdı. Mustafa Şərifov da həmin komissiyanın üzvü olub[4].
1910-cu ildə yenidən islam dininə qayıdıb və Anna Doridnısini boşayıb[3].
1912-сi ildə əmisi qızı Sona xanım Şərifova ilə evlənib[3].
1912-сi ildə Qafqaz müsəlman xeyriyyə cəmiyyəti üzvlüyünə namizəd olub[5].
Qeydlər
- ↑ Ədalət Tahirzadə Mustafa Şərifovun 1952-ci ildə (Tahirzadə Ə., 2012), Ənvər Mete isə 1938-ci ildə vəfat etdiyini göstərib (Mete Ə., 2008, s. 173) (OTÖ, 2006, s. 331). Ədalət Tagiszadə Şəki Ensiklopediyasına bildirdi ki, Mustafa Şərifovun 1952-ci ildə vəfat etməsi bərədə məlumatı Əli İnsanovun “Azərbaycan səhiyyəsinin tarixi” (2003) kitabından götürmüşdür. Və hesab edir ki, ola bilsin, Mustafa Şərifov da repressiyaya məruz qalanlardan biri olmuşdur. Həmçinin əlavə etdi ki, Böyük Vətən müharibəsi dövründə Xarkov Universitetinin arxivi yandığına görə Mustafa Şabanovun təhsili ilə bağlı sənədləri əldə etmək mümkün olmamışdır.
- ↑ 1914 və 1916-cı illərdə Bakı şəhərinin sanitar həkimi olması digər mənbələrdə də təsdiqini tapır (Врачи Баку 1914 год,) (Врачи Баку. 1916,).
- ↑ 1926 və 1927-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında Bakı şəhər səhiyyə şöbəsinin müdirinin müavini vəzifəsində işləməsi digər mənbələrdə də təsdiqini tapır (Народный Комиссариат Здравоохранения (1926),) (Городская справочная и адресная книга на 1927 год ,).
İstinadlar
Ədəbiyyat
- Tahirzadə Ə. Ali təhsil tariximizdən // Azərbaycan müəllimi : qəzet. — 2012. — В. 3 fevral. — № 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Oct 2017 - 4 Jun 2021.
- Mete Ə. İlk azərbaycanlı sanitar həkim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 330–331. — 500 nüsx.
- Mete Ə. Şərifov Mustafa İsmayıl oğlu // Loğmanlar. — Nurlan, 2008. — Səhifələrin sayı: 498. — Səh.: 172–173. — 500 nüsx.
- Врачи Баку. 1916 : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1916. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
- Врачи Баку 1914 год : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1914. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
- Весь Баку 1923 год. Адресный и справочный указатель. Наркомздрав : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1923. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
- Список медицинских врачей СССР : Мужчины - врачи : [arx. 30.07.2021] : [rus.] // Baku Pages. — 1924. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
- Здравоохранение. Народный Комиссариат Здравоохранения (1926) : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1926. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
- Весь Баку. Городская справочная и адресная книга на 1927 год : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1927. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
- Определение Грузино-Имеретинского Синодальной Конторы : По делу врача Мустафы Ага-Шарифова производившемуся в Синодальной Конторы : [arx. 30.07.2021] : [rus.] // The National Parliamentary Library of Georgia. — 1916. — 15 ноября. — 251–256. — Müraciət tarixi: 30.07.2021.
- Алиева И. Политическое и социальноэкономическое положение азербайджанцев Тифлисской Губернии (1846-1917). — Баку: Тахсил, 2009. — С. 95. — 154 с. — 500 экз. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 Mar 2016 - 7 Oct 2017.
- Кавказский календарь на 1913 год : Кавказское мусульманское благотворительное общество : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1912. — 15 ноября. — Müraciət tarixi: 30.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1875-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1938-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- 1952-ci ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə