Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mustafa Şərifov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:17, 31 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mustafa Şərifov
Şərifov Mustafa İsmayıl oğlu
Mustafa Şərifov
Mustafa Şərifov.
Digər adları Şərifov Mustafa ağa, Şərifov Mustafa bəy, Şərifov Yevgeni Mixayloviç
Anadan olub 1875(1875-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 1938(1938-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (63 yaşında), yaxud 1952(1952-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (77 yaşında)[qeyd 1]
Həyat yoldaşları Doridnısi Anna İvanovna, Şərifova Sona xanım
Təhsili Xarkov Universiteti, tibb fakültəsi (–1899)
Mükafatları Əmək qəhrəmanı

Mustafa Şərifov (1875–1938, yaxud 1952) — 19-cu əsrin son rübündən 20-ci əsrin ortalarınadək Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş tanınmış həkim. İlk azərbaycanlı sanitar həkim hesab olunur. Rusiya İmperiyası dövründə saray müşaviri(ru) mülki rütbəsinə malik olmuş, sovet dövrandə isə Azərbaycan SSR-in “Əmək qəhrəmanı” adını almışdır.

Haqqında məlumatlar

1875-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1899-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib.

Əmək fəaliyyəti

1901-ci ildə Cavanşir qəzasının həkimi,

1903-cü ildə Nuxa şəhərinin həkimi, sonra Cavanşir qəzasında kənd həkimi,

1913 – 1918-ci illərdə Bakı şəhərinin sanitar həkimi[qeyd 2], şəhər dezstansiyasının müdiri, sanitar təşkilatın müdiri,

1918 – 1920-ci illərdə Bakı şəhər tibb-sanitar hissəsinin müdiri,

1923 – 1924-cü illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında sanitar-epidemioloji şöbənin müdiri[1].[2].

1925 – 1936-cı illərdə Bakı şəhər səhiyyə idarəsi müdirinin müavini[qeyd 3],

1936 – 1937-ci illərdə Əmək Gigiyeniyası və Peşə Xəstəlikləri İnstitutunun statistika şöbəsinin müdiri, daha sonra “Azneft” tibb-sanitar idarəsində müdir müavini vəzifəsində işləmişdir.

Təltif və mükafatları

Əmək qəhrəmanı” adı (1932).

Mülki rütbələri

Rusiya İmperiyası dövründə (ən geci 1911-ci ildən) saray müşaviri(ru) mülki rütbəsinə malik olub[3].

Digər

1897-ci ildə Anna İvanovna Doridnısi adlı xristian-pravoslav qızla evlənmək üçün xristianlığın pravoslavlıq təriqətini qəbul edib[3].

1905-ci ilin noyabrında Tiflisdə yaşayırdı; həmin vaxt Tiflisin müsəlman icması nümayəndələrinin toplantısında erməni provokasiyalarına qarşı qəti tədbirlər görmək və azərbaycanlılarla ermənilərin toqquşmasına yol verməmək üçün xüsusi komissiyanın yaradılması qərara alınmışdı. Mustafa Şərifov da həmin komissiyanın üzvü olub[4].

1910-cu ildə yenidən islam dininə qayıdıb və Anna Doridnısini boşayıb[3].

1912-сi ildə əmisi qızı Sona xanım Şərifova ilə evlənib[3].

1912-сi ildə Qafqaz müsəlman xeyriyyə cəmiyyəti üzvlüyünə namizəd olub[5].

Qeydlər

  1. Ədalət Tahirzadə Mustafa Şərifovun 1952-ci ildə (Tahirzadə Ə., 2012), Ənvər Mete isə 1938-ci ildə vəfat etdiyini göstərib (Mete Ə., 2008, s. 173) (OTÖ, 2006, s. 331). Ədalət Tagiszadə Şəki Ensiklopediyasına bildirdi ki, Mustafa Şərifovun 1952-ci ildə vəfat etməsi bərədə məlumatı Əli İnsanovun “Azərbaycan səhiyyəsinin tarixi” (2003) kitabından götürmüşdür. Və hesab edir ki, ola bilsin, Mustafa Şərifov da repressiyaya məruz qalanlardan biri olmuşdur. Həmçinin əlavə etdi ki, Böyük Vətən müharibəsi dövründə Xarkov Universitetinin arxivi yandığına görə Mustafa Şabanovun təhsili ilə bağlı sənədləri əldə etmək mümkün olmamışdır.
  2. 1914 və 1916-cı illərdə Bakı şəhərinin sanitar həkimi olması digər mənbələrdə də təsdiqini tapır (Врачи Баку 1914 год,) (Врачи Баку. 1916,).
  3. 1926 və 1927-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında Bakı şəhər səhiyyə şöbəsinin müdirinin müavini vəzifəsində işləməsi digər mənbələrdə də təsdiqini tapır (Народный Комиссариат Здравоохранения (1926),) (Городская справочная и адресная книга на 1927 год ,).

İstinadlar

Ədəbiyyat

  1. Tahirzadə Ə. Ali təhsil tariximizdən // Azərbaycan müəllimi : qəzet. — 2012. — В. 3 fevral. — № 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Oct 2017 - 4 Jun 2021.
  2. Mete Ə. İlk azərbaycanlı sanitar həkim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 330–331. — 500 nüsx.
  3. Mete Ə. Şərifov Mustafa İsmayıl oğlu // Loğmanlar. — Nurlan, 2008. — Səhifələrin sayı:  498. — Səh.: 172–173. — 500 nüsx.
  4. Врачи Баку. 1916 : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1916. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.
  5. Врачи Баку 1914 год : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1914. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.
  6. Весь Баку 1923 год. Адресный и справочный указатель. Наркомздрав : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1923. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.
  7. Список медицинских врачей СССР : Мужчины - врачи : [arx. 30.07.2021] : [rus.] // Baku Pages. — 1924. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.
  8. Здравоохранение. Народный Комиссариат Здравоохранения (1926) : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1926. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.
  9. Весь Баку. Городская справочная и адресная книга на 1927 год : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1927. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.
  10. Определение Грузино-Имеретинского Синодальной Конторы : По делу врача Мустафы Ага-Шарифова производившемуся в Синодальной Конторы : [arx. 30.07.2021] : [rus.] // The National Parliamentary Library of Georgia. — 1916. — 16 ноября. — 251–256. — Müraciət tarixi: 30.07.2021.
  11. Алиева И. Политическое и социальноэкономическое положение азербайджанцев Тифлисской Губернии (1846-1917). — Баку: Тахсил, 2009. — С. 95. — 154 с. — 500 экз. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 Mar 2016 - 7 Oct 2017.
  12. Кавказский календарь на 1913 год : Кавказское мусульманское благотворительное общество : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1912. — 16 ноября. — Müraciət tarixi: 30.07.2021.