Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Müjkan Məmmədzadə

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:23, 6 avqust 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Müjkan Məmmədzadə
Məmmədzadə Müjkan Əbdüləli qızı
Müjkan Məmmədzadə
Müjkan Məmmədzadə
Anadan olub 8 avqust 1983 (1983-08-08) (41 yaş)
Anadan olduğu yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (bakalavriat, 2001–2005; magistratuara 2011–2013); Təhsil Problemləri İnstitutu (doktorantura, 2014–), Naxçıvan Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi (–2019)

Müjkan Məmmədzadə — Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin üzvü və Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri.

Haqqında məlumatlar

8 avqustv 1983-cü il tarixdə Bakıda anadan olub.

Təhsili

2000-ci ildə Bakı şəhər 278 saylı orta məktəbi bitirib.

2001 – 2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr,

20011 – 2013-cü illərdə magistr təhsili alıb.

2014-cü ildə fəlsəfə doktoru proqramı üzrə Təhsil Problemləri İnstitutunun doktoranturasına qəbul olunub.

2019-cu ildə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib.

Əmək fəaliyyəti

2005 – 2008-ci illərdə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis,

2008 – 2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist, bölmə müdiri,

2014 – 2017-ci illərdə Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri,

2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində nazir müavinin köməkçisi – aparıcı məsləhətçi,

2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində Ümumi sektorun müdiri vəzifəsində işləyib.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində ümumi səsvermənin nəticələrinə uyğun olaraq Nərimanov Rayon Bələdiyyəsinin üzvü seçilib.

2020-ci ildən Nərimanov Rayon Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.

Pedaqoji fəaliyyəti

2005 – 2006-cı illərdə Bakı Turizm Kollecində,

2006 – 2007-ci illərdə Beynəlxalq Kollecdə,

2007 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,

2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində,

2018-ci ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müqavilə əsasında müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

60-dan çox Beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısı,

70-dan çox elmi məqalənin, bakalavr pilləsi üçün 1 proqramın və Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür.

İctimai-siyasi fəaliyyəti

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Təhsil aldığı illərdə akademiyanın YAP Gənclər Birliyinin və Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Ədəbiyyat

  1. "Nərimanov Rayon Gənclər və İdman İdarəsi" (azərb.). Nərimanov Rayon Gənclər və İdman İdarəsi. 16 yanvar 2020. 16.05.2020 tarixində arxivləşdirilib.