Cəfərqulu xan Xoyski
Cəfərqulu xan Xoyski | |||||
---|---|---|---|---|---|
Cəfərqulu xan Dünbili | |||||
|
|||||
Sələfi | Hüseynqulu xan | ||||
Xələfi | Xanlıq ləğv olunub. | ||||
|
|||||
Sələfi | Səlim xan | ||||
Xələfi | İsmayıl xan Xoyski | ||||
Varisi | İsmayıl xan Xoyski | ||||
Vəfat tarixi | (22 avqust) 3 sentyabr 1814 | ||||
Vəfat yeri | Nuxa (indiki Şəki) | ||||
Dəfn yeri | Kərbəla | ||||
Milliyyəti | kürd | ||||
Dini | islam, şiə təriqəti | ||||
Həyat yoldaşları | Şərəfnisə bəyim, Səltənət bəyim[1], Gövhər ağa | ||||
Uşaqları | Əhməd xan, İsaq paşa[2] Sara bəyim, İsmayıl xan, Abra xan |
Cəfərqulu xan (?–1814) — 1786–1797-ci illərdə Xoyun, 1806–1814-cü illərdə Şəkinin xanı olmuş şəxs. Şəkinin xanı olarkən Şəki xanlığının Rusiyaya ödəməli olduğu bacı birtərəfli qaydada 7 min çervondan 9 min çervona qaldırmışdır. Xanlıq ərazisində “Xan bağı” adlı bir bağ saldırmış, Nuxada bir möhtəşəm karvansara və bir məbəd tikdirmişdir. Bunlardan başqa, Avropa üslubunda bir qala tikdirmək də istəyirdi, lakin vəfatı səbəbi ilə bu niyyəti həyata keçməmişdir.
Haqqında məlumatlar
1786-cı ilin fevral ayında əmisi Əhməd xanın öldürülməsindən sonra Xoyun xanı olmuşdur.
1797-ci ilin sonunda onun 300 nəfərlə ovda olmasından istifadə edən İran şahının vəliəhdi Abbas Mirzə Xoyu tutub Cəfərqulu arvadını, oğlunu giriv götürmüşdür. Bundan sonra Cəfərqilu xan öz silahlı dəstəsi ilə Maku qalasına sığınmağa məcbur olmuşdur. 1804-cü ildə İrəvan xanı Məhəmməd xanın ona bağışladığı Koroğlu qalasına köçənədək öz qohumu olan Bəyazid paşasının köməyi Maku qalasında mərkəzi hakimiyyətə qarşı müvəffəqiyyətlə dirəniş göstərdi. 1804-cü ilin iyun ayında İrəvan qalasının ruslar tərəfindən mühasirəsi zamanı öz silahlıları ilə rusların tərəfində vuruşdu və Rusiya təbəəliyini qəbul etdi. 1804-cü ilin sentyabrında rus qoşunlarının İrəvandan geri çəkilməsindən sonra 200 nəfərlik silahlı dəstəsi ilə Pəmbək vadisində qaldı. 1806-cı ilin sonunda isə rus çarının fərmanı ilə Şəkiyə xan təyin olundu.
Vəfatı
3 sentyabr (22 avqust) 1814-cu il tarixdə Nuxada (indiki Şəki) vəfat etmiş, Kərbəlada dəfn olunmuşdur.
Ədəbiyyat=
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- "Pərvin xəyyam oğlu Mirzəzadə, Xoy xanlarının nəsil şəcərəsi, Almanach.be, 12.08.2003". 2003-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2003-08-12.