Anar Bürcəliyev
Anar Bürcəliyev | |
---|---|
Bürcəliyev Anar Məhəmməd oğlu | |
Anar Bürcəliyev, 2019-cu il. | |
Doğum tarixi | 11 sentyabr 1974 |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Məmməd Bürcəliyev |
Anası | Sədayə Mustafayeva |
Peşəsi | teatrşünas |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, teatrşünaslıq fakültəsi (1991 – 1996) |
Teatr | Gəncə Dövlət Dram Teatrı |
Mükafatları | |
Facebook səhifəsi |
Anar Burcəliyev — teatrşünas-tənqidçi, Gəncə Dövlət Dram Teatrının direktor müavini.
Haqqında məlumatlar
11 sentyabr 1974-cü il tarixdə Kirovabadda (Gəncə) anadan olub.
Təhsili
1991-ci ildə Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbinin 11-ci sinfini bitirib.
1991 – 1996-cı illərdə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1987-ci ildən Gəncə Dövlət Dram teatrında müqavilə üzrə aktyor,
1990-cı ildən isə rejissor köməkçisi işləyib.
1993 – 1994 -cü illərdə Bakıda çıxan “Səhnə” qəzetinin,
1994 – 1996-cı illərdə Azərbaycan Milli Teleradio Verilişləri Şirkətinin “Gənclik” və “Xəbərlər” baş redaksiyalarının xüsusi müxbiri olub.
1995-ci ildə Gəncə şəhərində “Kəpəz TV” Teleradio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq şirkətin “Xəbərlər” departamentinə rəhbərlik edib.
1996 – 1997-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru,
1997 – 1999-cu illərdə Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb.
2010 – 2012-ci illərdə Gəncədə fəaliyyət göstərən “Kəpəz” Teleradio verilişləri Şirkətinin “Xəbərlər” departamentində aparıcı vəzifəsində çalışıb.
2016-ci ilin yanvar ayından Gəncə Dövlət Dram teatrında işləyir.
Gəncə Dövlət Dram Teatrının direktorunun müavinidir.
Yaradıcı fəaliyyəti
Azərbaycanda çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə, resenziya, oçerk və həmçinin, müsahibələri dərc olunub.
“Gəncənin yaradıcı və fəal qadınları” (Əsgəroğlu nəşriyyatı, 2001), “Adil Məlikov” (İmran Axundov, Bakı, ADPU-nun mətbəəsi, 2018), “Fatma Muxtarova” (Bakı, ADPU-nun mətbəəsi,2019), “İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov” (İsrafil Məmmədovun 100 illiyinə həsr olunur. Ruhulla Zahidov, Gəncə, “STAR” çap evi, 2019), “Böyük Vətən müharibəsinin azərbaycanlı qəhrəmanları əsərlərdə və dövrü mətbuatda” (Gəncə, “STAR” çap evi, 2020), “Təhsildə məqsəd və vəzifələr” (Gəncə, “STAR” çap evi, 2020) kitablarının redaktorudur.
“Xoşbəxt bürc altında” televiziya filminin (Televiziya filmi qocaman teatr və kino aktyoru, rejissor, respublikanın xalq artisti Məhəmməd İsmayıl oğlu Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə aktyorun xatirəsinə həsr olunmuşdur), həmçinin, “Xocalı – Unuda bilmədiklərimiz”, “Gəncə Tibb Kolleci-80” sənədli televiziya filmlərinin ssenari müəllifidir.
2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının,
2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İctimai-siyasi aktivliyi
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Gənclərinin 2 fevral 1996-cı ildə keçirilən I və 1999-cu ildə keçirilən II Forumlarına Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatı tərəfindən nümayəndə seçilib.
2020-ci ildə – Milli Məclisə seçkilərdə, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.
Təltif və mükafatları
1992-ci ildə Cəfər Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılıb.
2001-ci ildə “Muğan-media” Beynəlxalq mükafatı laureatı olub.
2008-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub.
Ailəsi
İki oğul övladı, bir qız nəvəsi var.
Xalq artistləri Məmməd Bürcəliyev və Sədayə Mustafayevanın oğludur.
Kitabları
- “Əsl el adamı” - (xalq artisti Məmməd Bürcəliyevin həyat və yaradıcılığı haqqında). Bakı: Günəş nəşriyyatı, 1998.
- “Səhnə həyat nurumdur” - (xalq artisti Sədayə Mustafayevanın həyat və yaradıcılığı haqqında). Gəncə: Əsgəroğlu nəşriyyatı, 2000.
- “Azərbaycan kinosunun tarixi və inkişafı” - (Ensklopedik məlumat kitabı. 2 fəsildə). Bakı: BSU nəşriyyatı, 2001.
- “Qoşa qanad” - (Respublikanın əməkdar incəsənət xadimi, rejissor Vaqif Şərifov və əməkdar artist Simuzər Namazovanın həyat və yaradıçılıqları haqqında). Bakı: Aspoliqraf nəşriyyatı, 2011.
- “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” - (Dövrü mətbuatda nəşr olunan məqalələr toplusu - 1989-2018-ci illər - I-cild ) Gəncə: Aytac Nəşriyyat Poliqrofiya MMC, 2019.
- “Onun dünyası” - (Şairə-dramaturq Fəridə Əlyarbəylinin həyat və yaradıcılığı haqqında) Gəncə: Aytac Nəşriyyat Poliqrofiya MMC, 2019.
- “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” - (Dövrü mətbuatda nəşr olunan məqalələr toplusu - 2019-cu il - II-cild ) Gəncə: "STAR" Çap Evi, 2020.
- “Xalq şairi olmayan xalqın şairi” – şair, dramaturq Novruz Gəncəlinin həyat və yaradıcılığı haqqında - Gəncə: “STAR” Çap Evi, 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış şair və yazıçılar
- 11 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 1974-cü ildə doğulanlar
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə