Rəfiqə Qazıyeva
Rəfiqə Qazıyeva | |||||||
---|---|---|---|---|---|---|---|
Qazıyeva Rəfiqə Salam qızı | |||||||
Rəfiqə Qazıyeva özünün 80 illik yubiliy şənliyində, 2019-cu il. | |||||||
|
|||||||
Sələfi | Güllü Əbilova | ||||||
Xələfi | vəzifə ləğv olundu. | ||||||
Doğum tarixi | 11 fevral 1939 | ||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR | ||||||
Milliyyəti | azərbaycanlı | ||||||
Atası | Salam Qazıyev | ||||||
Anası | Səidə Qazıyeva (Salamova) | ||||||
Təhsili | • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu | ||||||
İxtisası | mədən işlərinin elektronlaşdırılması və avtomatlaşdırılması | ||||||
Təltifləri | |||||||
http://r-kaziyeva.narod.ru/ (arxiv versiyası) |
Rəfiqə Qazıyeva — tanınmış dövlət xadimi; on ildən çox müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş, müxtəlif illərdə bir sıra digər yüksək dövlət vəzifələrində çalışmışdır.
Haqqında məlumatlar
11 fevral 1939-cu il tarixdə Bakıda, ziyalı ailəsində anadan olub.
Təhsili
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (mədən işlərinin elektronlaşdırılması və avtomatlaşdırılması ixtisası üzrə) bitirib.
1970 – 1973-cü illərdə Bakı Ali Partiya məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
Orta məktəbi bitirdikdən sonra Dövlət Layihə İnstitunda prorab vəzifəsindən mühəndisədək müxtəlif vəzifələrdə işləyib.
1969 – 1980-cı illərdə Azərbaycan KP Bakı şəhər Nəsimi rayon komitəsində və Azərbaycan KP MK-da işləyib.
1980 – 1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi, Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət təltifləri şöbəsinin müdiri,
1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elmi, dini və mədəni məsələlər üzrə komissiyasının eksperti,
1998 – 2007-ci illərdə Azərbaycan Respublikasının Konustitusiya Məhkəməsində kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi
1980-cı ildə 139 nömrəli Kirovabad-Orconikidze seçki dairəsindən X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
7 fevral 1991-ci il tarixdən Azərbaycan Respublikası Ali Sovetinin Qadınların əməyi və məişəti, anaları və uşaqları mühafizə məsələləri daimi komissiyasının sədri olub.
Təltif və mükafatları
Ailəsi
Atası Salam Qazıyev Baş Göynük kəndindən, anası Səidə Salamova isə Nuxa şəhərindən idi (Səidə Salamova Mövsüm Salamovun bacısıdır).
İki övladı və nəvələri var.
Fotoşəkillər
Ədəbiyyat
- AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI : Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fərdi tərkibi haqqında : [arx. 12 Feb 2018 - 24 Jun 2020] // E-qanun.az. — 1991. — 7 fevral. — Müraciət tarixi: 25.09.2021.
- Rafiga Kaziyeva : [arx. 25.09.2021] : [rus.] // Rafiga Kaziyeva. — Müraciət tarixi: 25.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
ru:Казиева, Рафигаaz:Rəfiqə Qazıyeva
, а с Несмотря на политическую и общественную занятость госпожа Казиева была заботливой матерью и примерной женой. Она вырастила двух великолепных детей которые подарили ей любимых внуков.