Nurməmməd Mustafayev
Nurməmməd Mustafayev | |
---|---|
Mustafayev Nurməmməd Şamil oğlu | |
Nurməmməd Mustafayev İctimai televiziyada çıxış edərkən, 2020-ci il. | |
Doğum tarixi | 15 oktyabr 1965 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | biologiya |
İş yeri | AMEA Biologiya və Biotexnologiyalar İnstitutu, Bioinformatika laboratoriyası (aparıcı elmi işçis) |
Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1986–1991) |
Nurməmməd Mustafayev — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisi. Pedaqoji fəaliyyəti də var və həm də molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Haqqında məlumatlar
15 oktyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1973 – 1983-cü illərdə Şəki şəhər 7 №-li orta məktəbində,
1986 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
2003-cü ildə “Eukariot genomlarının struktur-funksional təşkilinin bəzi tənzimləyici elementləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2018-ci ildə dosent elmi adını alıb.
15-i xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 30 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
1991-ci ildən AMEA Botanika İnstitutunun məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində əvvəl kiçik elmi işçi, sonra elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.
2016-cı ildən AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisidir.
Pedaqoji fəaliyyəti
AMEA Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasında ixtisas fənlərindən dərs deyir.
Digər fəaliyyəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biologiya şöbəsində Molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Elmi-ictimai fəaliyyəti
AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri jurnalının məsul katibidir.
Ədəbiyyat
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəlsəfə doktorları : Mustafayev Nurməmməd Şamil oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
- Mühüm hadisələr : Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin 55 yaşı tamam olur : [arx. 07.10.2021] // AMEA Biologiya və Tibb Elmləri Bölməsi. — 2020. — 15 oktyabr. — Müraciət tarixi: 07.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |