Nüsrət Mikayılov
Nüsrət Mikayılov | |
---|---|
Mikayılov Nüsrət Zahid oglu | |
Nüsrət Mikayılov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 dekabr 1933 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 10 aprel 2018 (84 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
|
|
Musiqi aləti | tar |
Təhsili | Nuxa Orta İxtisas Musiqi Texnikumu (1957–1962) |
Mükafatları |
Nüsrət Mikayılov (1933–2018) — tarzən-pedaqoq; müxtəlif vaxtlarda Şəkidəki uşaq musiqi məktəblərində, həmçinin Şəki Musiqi Texnikumunda tar dərsi demiş, Şəki rayonunun Ordjonikidze (indiki Turan) qəsəbəsindəki musiqi məktəbinin və Şəki Şəhər 1 №-li Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar
4 dekabr 1933-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1957 – 1962-ci illərdə Nuxa Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb.
Əmək fəaliyyəti
1962 – 1981-ci illərdə Nuxa/Şəki Orta İxtisas Musiqi Texnikumunun xalq çalğı alətləri şöbəsində tar üzrə baş müəllim,
1981 – 1983-cü illərdə Şəki rayon Ordjonikidze qəsəbəsindəki musiqi məktəbinin direktoru,
1983 – 1986-cı illərdə Şəki Şəhər 1 №-li Ushaq Musiqi Məktəbinin direktoru,
1987 – 2011-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbində əsas tar müəllimi vəzifəsində çalışıb.
Təltif və mükafatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970).
- “Doqquzuncu beşilliyin zərbəçisi” döş nişanı (1976).
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Fəxri fərmanı – musiqi təhsili sahəsində çoxillik səmərəli fəaliyyətinə görə (2008).
Vəfatı
10 aprel 2018-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- 1933-cü ildə doğulanlar
- 4 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 10 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)