Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Nüsrət Mikayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nüsrət Mikayılov
Mikayılov Nüsrət Zahid oglu
Nüsrət Mikayılov
Nüsrət Mikayılov.
Şəxsi məlumatlar
Doğum tarixi 4 dekabr 1933(1933-12-04)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 10 aprel 2018 (84 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Musiqi aləti tar
Təhsili Nuxa Orta İxtisas Musiqi Texnikumu (1957–1962)
Mükafatları Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Nüsrət Mikayılov (1933–2018) — tarzən-pedaqoq; müxtəlif vaxtlarda Şəkidəki uşaq musiqi məktəblərində, həmçinin Şəki Musiqi Texnikumunda tar dərsi demiş, Şəki rayonunun Ordjonikidze (indiki Turan) qəsəbəsindəki musiqi məktəbinin və Şəki Şəhər 1 №-li Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

4 dekabr 1933-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1957 – 1962-ci illərdə Nuxa Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1962 – 1981-ci illərdə Nuxa/Şəki Orta İxtisas Musiqi Texnikumunun xalq çalğı alətləri şöbəsində tar üzrə baş müəllim,

1981 – 1983-cü illərdə Şəki rayon Ordjonikidze qəsəbəsindəki musiqi məktəbinin direktoru,

1983 – 1986-cı illərdə Şəki Şəhər 1 №-li Ushaq Musiqi Məktəbinin direktoru,

1987 – 2011-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbində əsas tar müəllimi vəzifəsində çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

10 aprel 2018-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Təhmirazqızı S. Nüsrət Mikayılov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 82. — 300 nüsx.