İsmayıl Hacıyev
İsmayıl Hacıyev – Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti[1].
Haqqında məlumatlar
1949-cu ildə Bakıda anadan olub.
1973-cü üldə musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.
1975 – 1981-ci illərdə Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik bəstəkarlıq ixtisası üzrə təhsil alıb.
1981 – 1985-ci illərdə D.D.Şostakoviç adına Leninqrad filarmoniyasında(ru) dirijor köməkçisi vəzifəni daşıyıb;
- 1981 – 1983-cü illərdə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru Aleksandr Dmitriyevin(ru),
- 1983 – 1985-ci illərdə isə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru, görkəmli sovet dirijoru və pianoçusu, SSRİ xalq artisti Yevgeni Mravinskinin(ru) dirijor köməkçisi olub.
1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzib və çoxsaylı uğurlu tamaşalar verib.
1999-cu ildən Kanadada yaşayır. 2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurdu. Bu orkestrlə Toronto[2], Ottava[3] və Niaqara-on-te-Leykdə[4] uğurlu çıxışlar edib.
Ailəsi
- Atası – Cövdət Hacıyev, Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
- Anası – Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
- Bacısı - Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.
İstinadlar
- ↑ Ismayil Hajiyev: "Mehriban Aliyeva provides huge support to Azerbaijani music" (vestnikkavkaza.net)
- ↑ Elmira Aliyeva. Неугасимое чувство родины 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy. 16 January 2010. Retrieved on 9 September 2010.
- ↑ В Канаде звучала азербайджанская музыка. 1news.az. 14 December 2007. Retrieved on 9 September 2010.
- ↑ Америка в восторге 6 iyul 2011 il tarixdə arxivləşdirilib.. Kaspiy. 3 September 2010. Retrieved on 9 September 2010.