Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aydın Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 18:11, 6 dekabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aydın Xəlilov
Xəlilov Aydın Rəmzi oğlu
Aydın Xəlilov
Aydın Xəlilov
Anadan olub 6 dekabr 1955 (1955-12-06) (68 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, elektrik mühəndisi ixtisası (–1980)

 • Marksizm-leninizm İnstitutu, partiya quruculuğu fakültəsi (–1983)

Aydın Xəlilov — tanınmış elektrik mühəndisi və rəhbər kadr, “ASK Şəki SES” MMC-nin direktoru, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü və sədr müavini.

Haqqında məlumatlar

6 dekabr 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1972-ci ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini,

1980-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (elektirik muhədisi ixtisası üzrə),

1983-cu ildə isə Marksizm-leninizm İnstitutunun partiya quruculuğu fakültəsini bitirib.

Əmək fəaliyyəti

1973 – 1983-cü ildə Sumqayıt Sintetik Kauçuk zavodunda əvvəl çilingər, sonra elektrik montyoru, daha sonra isə baş usta,

1983 – 1985-ci illərdə Şəki Rayon Aqrar Sənaye Birliyində böyük elektrik mühədisi,

1985 – 1988-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsində inspektor,

1988 – 1991-ci illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin təşkilat şöbəsində əvvəl təlimatçı, sonra partiya təşkilatçısı,

1991 – 1994-cü illərdə Şəki “İpək” Şirkətinin elektrik sexində növbətçi mühəndis,

1993 – 1996-cı illərdə Şəki İşıqlandırma İdarəsinin direktoru,

1996 – 2000-ci illərdə Şəki şəhər icra hakimiyyəti aparatında əvvəl sənaye, nəqliyyat və rabitə şöbəsində baş məsləhətçi, sonra şöbə müdiri, daha sonra isə şəhər təsərrüfatı şöbəsində böyük referent,

2000 – 2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Şəki şəhər şöbəsinin rəisi,

2001 – 2002-ci illərdə “Şəki-Bazar” ASC-nin İH sədrinin müavini,

2002 – 2003-cü illərdə Şəki Olimpiya İdman Kompleksinin icraçı direktoru,

2003 – 2018-ci illərdə “Şəki Su Elektrik Stansiyası” ASC-nin idarə heyətinin sədri,

2004 – 2005-ci illərdə Şəki şəhər icra hakimiyyəti aparatında ümumi şöbənin müdiri,

2005 – 2010-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü və sədr müavini,

2018 – 2019-cu illərdə “ASK Şəki” MMC-nin direktoru vəzifəsində çalışıb.

2019-cu ildən “ASK Şəki SES” MMC-nin direktorudur.