Murad Mahmudov (1995–2020) — Vətən müharibəsi şəhidi, Azərbaycan Milli Ordusunun əsgəri; 10 oktyabr 2020-ci il tarixdə, Talış – Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Murad Mahmudov
Mahmudov Murad Mahir oğlu
Murad Mahmudov
Murad Mahmudov.
Doğum tarixi 12 aprel 1995(1995-04-12)
Doğum yeri Çayqaraqoyunlu, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 10 oktyabr 2020 (25 yaşında)
Vəfat yeri Talış – Suqovuşan yaxınlığında, Tərtər rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Uşaqları Damla (d. 2017), Aysu (d. 2020)
Hərbi fəaliyyəti
Qoşun növü Azerbaijani Land Forces badge.svg Quru Qoşunları
Rütbə 1.AzLF-PV.png sıravi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Haqqında məlumatlar

12 aprel 1995-ci il tarixdə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

Təhsili

2002 – 2012-ci illərdə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbində oxuyub.

Əmək və hərbçi fəaliyyəti

2013 – 2015-ci illərdə hərbi xidmətdə olub.

2015 – 2019-cu illərdə müxtəlif mülki işlərdə çalışıb.

2019-cu ilin avqust ayından yenidən hərbi xidmətə keçib.

Şəhid olması

10 oktyabr 2020-ci il tarixdə – 25 yaşında, Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Təltif və mükafatları

Ailəsi

Ailəli idi, Damla (d. 2017), Aysu (d.  2020) adında iki qızı var.

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : MURAD Mahir oğlu Mahmudov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.