Böyükağa Mirsalayev
Böyükağa Mirsalayev | |
---|---|
Mirsalayev Böyükağa Əbülfət oğlu | |
Böyükağa Mirsalayev | |
Böyükağa Mirsalayev. | |
Anadan olub | 1893 |
Anadan olduğu yer | Rəzqov kəndi, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 8 yanvar 1938 (45 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Böyükağa Mirsalayev (1893–1938) — Azərbaycanda sovetləşmənin ilk onlliklərində məsul vəzifələr tutmuş partiya və dövlət xadimi, Stalin repressiyası qurbanı.
Haqqında məlumatlar
1893-cü ildə Lənkəran qəzasının Rəzqov kəndində anadan olub.
Təhsili
Bakıda üçillik ibtidai təhsil alıb.
1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Moskvada rəhbər kadrlar hazırlayan birillik kursu bitirib.
Əmək fəaliyyəti
1906-cı ildən — 13 yaşından, Bakıda neft mədənlərində fəhlə işləyib.
1925-ci ildə Azərbaycan K(b)P Qazax rayon komitəsinin məsul katibi,
1927-ci ildə Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin məsul katibi,
1929-cu ildə “Azərittifaq”ın Rəyasət Heyətinin sədri,
1930-cu ildə əvvəl Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri, az sonra isə Azərbaycan K(b)P Lənkəran rayon partiya komitəsinin məsul katibi seçilib.
Həbsi və güllələnməsi
1936-cı ildə, Stalin repressiyası dövründə həbs edilib.
8 yanvar 1923-ci il tarixdə – 45 yaşında, güllələnib.
8 dekabr 1956-cı il tarixdə bəraət alıb.
Maraqlı
1930-cu ilin yayında Azərbaycanın cənub bölgəsi haqqında “Vostokkino” tərəfindən çəkilmiş etnoqrafik kino-oçerkdə Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri Böyükağa Mirsalayevin çıxışı da kadrlara düşmüşdür.
Ədəbiyyat
- Мирсалаев Беюк-Ага Абульфат-оглы (1893) : [arx. 27 Nov 2020 - 4 Aug 2021] : [rus.] // Открытый список. — Müraciət tarixi: 09.01.2022.
Həmçinin, bax:
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri
Video-çarx
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |